Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq / İslam və həyat: Şəriət sualları
    İslam və həyat: Şəriət sualları

    Qara toyuq qanından ovuc cizgilərinə: Cadugərlərin insanları aldatdığı gizli sehir yolları haqqında hər şey

    12 İyul 2026 17:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qara toyuq qanından ovuc cizgilərinə: Cadugərlərin insanları aldatdığı gizli sehir yolları haqqında hər şey
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Şər qüvvələrlə, cinlər aləmi və şeytanla əlaqə quraraq insanlara zərər verməyə çalışan sehrbazların pərdəarxası fəaliyyətləri qədim dövrlərdən bəri bəşəriyyətin ən qaranlıq və qorxulu mövzularından biri olub. Ənənəvi dini inanclara və xalq rəvayətlərinə görə, bir insanın sehrbazlıq (cadugərlik) edə bilməsi üçün onun daxili mənəviyyatının tamamilə pozulması və şeytanlaşması mütləq bir şərt kimi qəbul edilir. Çünki iblis və onun xidmətçiləri olan cinlər, insana heç bir mənəvi dəyəri qalmadıqda, ağır günahlar işlədikdə və ya müqəddəs dəyərləri təhqir etdikdə onunla dostluq etməyə və ona bəzi qeyri-adi xəbərlər gətirməyə razı olurlar.

    İnsanlar ilə cinlər evlənə bilərmi? İnsanlar ilə cinlər evlənə bilərmi?

    Lakin bu qaranlıq yola qədəm qoyan insanlar zahirən güc əldə etdiklərini zənn etsələr də, real həyatda dünyanın ən bədbəxt, narahat və sefil varlıqlarına çevrilirlər. Xalq arasında haqq ilə batili ayırmaq, dindar görüntüsü altında gizlənən şarlatan cadugərlərin həqiqi simasını ifşa etmək üçün dini mənbələrdə sehrbazların şeytanla əlaqə qurmaq üçün istifadə etdiyi müxtəlif qorxunc metodlar təsvir olunub. Bu genişhəcmli araşdırma materialında sehrbazların şeytanla əlaqəsinin bütün gizli üsullanını və onların acı nəticələrini heç bir ixtisara yol vermədən sətir-sətir təhlil edirik:

    Sehrbaz şeytan ilə necə əlaqə qurur

    Sehr edə bilmək üçün xəbis (çirkin, pis) bir nəfs sahibi olmaq lazımdır. Çünki şeytandan kömək ala bilmək və onunla münasibət qurmaq üçün xəbis olmaq, başqa bir ifadə ilə desək, şeytanlaşmış olmaq lazımdır.

    Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır? Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?

    İlk öncə sehrbazın şeytan ilə dost olması üçün bəzi şirk və küfr tələb edən hallarda olması lazımdır ki, şeytan ona kömək etsin. Sehrbaz müşrik və ya kafir olduğu zaman şeytan onu sevir, bəyənir və ona xidmət edir. Bu həqiqət bilinsin ki, şeytan bir sehrbaz kafir və ya müşrik olmadan və ya böyük bir günah işləmədən (öz məhrəmi ilə zina etmək kimi və s.) ona kömək etməz. Sehrbaz küfrə düşdüyü zaman şeytan onu sevir və ona xidmət edir. Keçmiş bəzi hadisələrdən xəbər verir. Bəzi qeyri-adi, görünməmiş işlərin baş verməsinə səbəb olur: iki nəfərin arasının dəyməsinə, yaxud bir-birlərini şiddətli şəkildə sevmələrinə, yaxud ər-arvadın bir-biri ilə bərabər olmasına mane olmağa və bu kimi şeylər etməyə başlayır. Getdikcə küfr bataqlığına düşür. Bu hallar ona zövq verir. Artıq iman gətirməsi və ya tövbə etməsi çətinləşir. Çoxu da bu hal üzrə kafir olaraq ölür. Allaha sığınırıq.

    İnsanın təbiəti pozulub haramdan ləzzət almağa başlayınca şeytanla əlaqə qurmağın yollarını axtarır. Əgər tam küfr bataqlığına düşməyibsə, cinlərdən dost edinib onları bəzi xidmətlərdə istifadə edəcəyini zənn edir. Sonda bu yollardan birisi ilə şeytanla olur. Lakin bu hal onun imansızlığına səbəb olur. Bu cür insanlar dünyanın ən sefil, ən narahat, ən rəzil insanlarıdır; rahat yuxu yata bilməz, sıxıntıdan qurtula bilməzlər. Üstəlik övladları və ailəsi də davamlı narahatlıq içindədirlər. Sehrbazlar arasında şeytanla əlaqə bu yollardan biri ilə olur ki, bunların hamısında da sehrbaz açıq bir küfrə düşür; insanlar bu cür sehrbaz ilə Quran əhlini bir-birindən ayırt edə bilmir. Bəzən o sehrbazın yanına getdiyində özünə Quran ilə əlac etdiyini zənn edir. Onun üçün bu yolları izah edəcəyəm ki, haqq batildən ayrılsın.

    Birinci üsul: Müqəddəs kitabın təhqir edilməsi

    Bu üsulda sehrbaz Quranı nəcis (çirkin) bir şey ilə yazır və yaxud yazdığı Quranı nəcis bir şey ilə silir. Şeytan o insana gəlir, Qurandan bu ayə və ya surəni heyz qanı ilə yazması qarşılığında ona köməkçi olacağını söyləyir. Misirdə tövbə etmiş sehrbazlardan birindən sehrində necə uğurlu olduğunu soruşurlar, o da: "Mən Yasin surəsini bir boşqaba yazar, sonra o yazının üzərinə sidik tökər və o sidiklə yazını silərdim. Bu şəkildə sehrimdə uğurlu olurdum", - deyir. Bu üsullar şübhəsiz küfrdür. Qurandan bir ayə və ya bir surə ilə lağ etmək şübhəsiz küfrdür.

    Qardaşlarımızdan da bəziləri sidik ilə sehrin pozulacağını zənn edərək, evə, qapılara donuz yağı çəkilibsə o da sidik ilə pozular, sidiklə qapını yuyun deyirlər.

    İkinci üsul: Qan axıtmaq və bütpərəst ayinləri

    Bu üsulda isə şeytan sehrbazdan özü üçün bir heyvan kəsilməsini istəyir. Bu da əksər hallarda qara toyuq olur. Sehrbaz bu heyvanı bismillah demədən kəsir. Qanını da xəstənin üzərinə sıçradır. Sonra o heyvanı xaraba bir evə və ya məkana atdırır. Çünki şeytanlar belə məkanları sevir, orada yaşayırlar. Sonra da şirk və küfrü tələb edən sehrlər oxuyur. Cinin də istəkləri yerinə gəldiyi və o xəbisi sevdiyi üçün artıq onun istəklərini yerinə yetirir.

    Bu sehrbaza gedən insan əgər cahil olarsa, bunda heç bir qəbahət görmür. Hətta sehrbaz belə küfrə düşdüyünü bilmir. Cin ilə əlaqə qurmaq üçün küfr və şirk tələb edən əfsunlar oxuyur... Allahdan başqası üçün, cin üçün o heyvanı kəsir və beləcə şirk etmiş olur. Rəsulullah (s.a.v.), "Kim Allahdan başqası üçün heyvan kəsərsə, Allah ona lənət etsin", - buyurur (Müslim).

    Üçüncü üsul: Qaranlıq otaq ritualları və pis qoxulu buxurlar

    Bu üsulda isə hər hansı bir qadın ilə kişinin bir-birlərini sevmələri və ya ayrılmaları, yaxud qadın və ya kişinin bağlanması, anasını-atasını pis göstərmək, işini pis göstərmək üçün edir. Bunu da edərkən qaranlıq bir otağa girir. Pərdələri bağlayır, işıqları söndürür. Əgər məhəbbət üçün edirsə, gözəl qoxulu buxur yandırır. Məsələn: ənbər, kündür, cavi və s.

    Əgər ayrılıq üçün edirsə, pis qoxulu buxur yandırır. Bu işləri cunub (murdar) olaraq edir. Hətta bu işləri etdirən qadınla zina edir. Sonra cinlərin rəislərinə sitayiş edirmiş kimi təzim edib əfsun oxuyur

    Dördüncü üsul: Nəcis məkanlarda edilən ən ağır küfrlər

    Bu üsulda isə sehrbaz küfrün ən pisi ilə küfrə düşər. Sonra şeytanın yoldaşlarından, dostlarından və sevdiklərindən olar. Belə ki; sehrbaz Quranı götürür, ayaqyoluna girir, Quranı ayaqlarının altına qoyur və ya üstündə oturur. Küfrə açıq olan tilsimlər oxuyur. Sonra çıxıb bir otağa girir. Artıq şeytanın sevdiklərindən olmuşdur. İstanbulun Beykoz rayonunda bir məlun sehrbaz var. Onun yanına hoca deyə müalicə üçün gedirlər. Onun öz etirafı belədir: "Mən Quranın üstündə otururam. Mənim cinlərim mənə o zaman kömək edirlər", - deyir.

    Quranda sehr anlayışı-Tarixin ən qədim gizli elmləri:Babil və Misir cadugərliyi Quranda sehr anlayışı-Tarixin ən qədim gizli elmləri:Babil və Misir cadugərliyi

    Sonra bu insan (sehrbaz) məhrəmi ilə zina etmədən, dinə-imana söymədən, mürtəd (dindən çıxmış) olmadan, livata (kişi zorakılığı) və ya yad bir qadınla zina etmədən şeytan bununla dost olmağa razı olmur. Edərsə, ondan razı olur, istəklərini yerinə yetirir. Şeytan bu insana çox işlər gördürür.

    Beşinci üsul: Quran hərflərini tərsinə yazmaq

    Bu üsulda isə sehrbaz, Qurani-Kərimdən bir surəni, hərflərini tək-tək olmaqla tərsinə başlayaraq yazmağa başlayır və üzərinə əfsun oxuyaraq cinlə əlaqə qurur. Bu cür olanlar da bəzən cin ilə əlaqə üçün bu şəkildə yazır və şeytandan kömək istəyir.

    Altıncı üsul: Uşaqların və ovuc cizgilərinin istifadə edilməsi

    Bu üsulda sehrbaz, həddi-büluğa çatmamış bir qız uşağı istəyir. Sonra uşağın ovcuna bir tilsim yazır. Bu tilsimi bəziləri dırnağına, bəziləri də alnına yazır. Bəziləri isə dırnağına sadəcə mürəkkəb sürtür. Sonra da əfsun oxumağa başlayır. Sonra uşaqdan nə gördüyünü soruşurlar. Uşaq bir şey görmədiyini söyləyir. Təkrar-təkrar əfsun oxunur. Sonra təkrar soruşur: "Bir şey görürsənmi, gələn oldumu?" Sehrbaz o cinə soruşur, cin cavab verir. Uşaq da hadisəni danışır.

    Bu cür bəzi sehrbazlar da xəstənin ovcuna baxır. Ovcunun içindəki cizgilərdən keçmiş ve gələcək ilə əlaqəli xəbərlər verir. Bu xəbərləri verərkən ona şeytan ilham edir. Bəziləri bunun şeytandan olduğunu bilir. Bəziləri də altıncı hiss deyir. Bu cür insanlara getmək və xəbərlərinə inanmaq qətiyyətlə qadağan edilmişdir.

    Yeddinci üsul: Ulduzlara sitayiş və astrologiya fırıldaqları

    Bu üsulda sehrbaz, ulduzların insanlar üzərindəki təsirinə inanır. Müəyyən bir ulduza ibadət edir və təzimdə olur. O ulduzun özünə kömək edəcəyini zənn edir və ondan bir şeylər istəyir. Onun bu istəyinə qarşı bir ruhani ulduzdan enirmiş kimi görünür. Əslində o ulduzun o insanın özünə nə ibadətindən, nə də istədiyindən xəbəri yoxdur.

    Şeytan o ulduzdan enirmiş kimi görünür və onun əmrində olduğunu söyləyir. Ulduzların insanlar üzərində heç bir təsiri yoxdur, böyüklərinin də, kiçiklərinin də. Bu cür sehrbazın sehri Quran oxunar-oxunmaz dərhal pozulur.

    Səkkizinci üsul: Geyim əşyaları ilə və iplə edilən fırıldaqlar

    Bu üsulda sehrbaz, xəstədən bir paltarını istəyir. Bəzən dəsmalını, bəzən araqçın və ya papağını, yaxud o xəstənin üzərində qoxusu olan hər hansı bir paltarını istəyir. Onun üzərinə küfri əfsunlar oxuyarak xəstə haqqında bəzi məlumatlar verir. Bəzən ayağını bir pambıq ip ilə ölçür. Bəzən Qurandan Hüməzə surəsini səsli olaraq oxuyur. Sonra səssiz olaraq küfri bəzi əfsunlar oxuyur.

    Sonra cinə səslənir. Əgər xəstəlik cindən isə ipi qısaltmasını, əgər nəzər (göz dəyməsi) isə ipin uzanmasını, əgər tibbi isə öz halına buraxmasını söyləyir. Cin də onun dediyini edir ki, cin çox yalançı olduğundan xəstələr haqqında söylədiyinin ancaq yüzdə biri doğrudur, qalanları yalan.

    #Cinlər insanlarla necə əlaqə qurur? #Sehrbaz şeytan ilə necə əlaqə qurur #Sehrbaz #şeytanla əlaqə #cinlərlə dostluq #şirk əlamətləri #Yasin surəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qara toyuq qanından ovuc cizgilərinə: Cadugərlərin insanları aldatdığı gizli sehir yolları haqqında hər şey

    12 İyul 2026 17:00

    Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər

    14 İyun 2026 10:51

    İnsanlar ilə cinlər evlənə bilərmi?

    14 İyun 2026 10:00

    Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?

    7 İyun 2026 12:00

    İslam fiqhinə görə hökmlər və şərtlər- Alkoqolsuz içkiləri içmək olarmı?

    17 May 2026 18:40

    Kəbənin idarəçiliyi yəhudilərə verilibmi?

    17 May 2026 01:26

    Məzhəblərə görə qidalanma etikası: Hansı halda yemək haram sayılır?

    14 May 2026 22:00

    Cinlər insanlarla necə əlaqə qurur? Şeytanın aldatma yolları

    26 Aprel 2026 22:00

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Quran oxumağın fəziləti və mömin həyatındakı yeri

    16 Aprel 2026 09:48

    İnsan cinləri necə özünə tabe edir? - Sehrin qaranlıq dünyası və dəhşətli etiraflar

    12 Aprel 2026 20:00

    İslamdan əvvəlki 10 Məhəmməd: Bir adın gizli tarixi və mənşəyi

    5 Aprel 2026 19:00
    XƏBƏR LENTİ

    Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

    Daxili yaddaş problemi bitdi: Android proqramlarını SD-karta köçürməyin gizli yolu bəlli olub

    Infiniti yeni lüks idman SUV modelinin istehsalını təxirə sald;

    İraqda Əl-Zeydi hökumətinin tərksilah planı və daxili bölünmələr

    Bu gün xaçlılar Qüdsü işğal etdi

    Tarixdə bu gün - 15 İyul

    Qətər Husilərin Səudiyyə Ərəbistanına hücumunu sərt şəkildə pisləyib

    ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin üzvlərini təhdid edir - Kazım Qəribabadi

    İsrail-Livan danışıqları Romada məhsuldar keçib - ABŞ rəsmisi

    ABŞ-İran qarşıdurmasına qayıdış mülki şəxslər üçün böyük zərbədir - Volker Türk

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.