#Yuxuda şeytan görmək necə yozulur?

Şeytanın insanı aldatmaq yolları çox müxtəlifdir. O, hər bir insana öz mizacına (xarakterinə) görə ayrı-ayrı yollarla yanaşır. Alimləri, şeyxləri, abidləri, cinbazları və digər müsəlmanları — hamısını öz xarakterlərinə uyğun olan, onları aldada biləcəyi yollarla tovlayır. (Bu mövzuda "Təlbi-i İblis" adlı kitabda geniş izahat verilmişdir). Cahilləri çox asanlıqla ovlayır, çox zəhmət çəkmədən istəyinə nail olur. Lakin elm sahiblərini asanlıqla aldada bilmir; onlara yaxınlaşdıqda isə əvvəlcə ağlın və İslamın qəbul etdiyi yollarla gəlir. Bu da bir həqiqətdir ki, şeytan heç kəsə zorla bir şey etdirə bilməz. Şeytanın Allahın saleh bəndələri üzərində heç bir hakimiyyəti yoxdur.

Yuxuda şeytan görmək çox qədimdən bəri həm dini mənbələrdə, həm də xalq inanclarında ciddi xəbərdarlıq kimi qəbul edilmişdir. Belə yuxular adətən insanın həyatında yanlış qərar, fitnə-fəsad, aldadılma, əsəbi hərəkət, qısqanclıq, səhlənkarlıq və günaha meyil kimi mənəvi təhlükələrə işarə sayılır.