Şeytanın insanı aldatmaq yolları çox müxtəlifdir. O, hər bir insana öz mizacına (xarakterinə) görə ayrı-ayrı yollarla yanaşır. Alimləri, şeyxləri, abidləri, cinbazları və digər müsəlmanları — hamısını öz xarakterlərinə uyğun olan, onları aldada biləcəyi yollarla tovlayır. (Bu mövzuda "Təlbi-i İblis" adlı kitabda geniş izahat verilmişdir). Cahilləri çox asanlıqla ovlayır, çox zəhmət çəkmədən istəyinə nail olur. Lakin elm sahiblərini asanlıqla aldada bilmir; onlara yaxınlaşdıqda isə əvvəlcə ağlın və İslamın qəbul etdiyi yollarla gəlir. Bu da bir həqiqətdir ki, şeytan heç kəsə zorla bir şey etdirə bilməz. Şeytanın Allahın saleh bəndələri üzərində heç bir hakimiyyəti yoxdur.
#Mələk və şeytan fərqi
“Mələklərə: ‘Adəmə səcdə edin!’ - dedik. Cinlərdən olan İblis istisna olmaqla hamısı səcdə etdi. O isə Rəbbinin əmrinə qarşı çıxdı. İndi siz məni qoyub onu və onun nəslini özünüzə dost edirsiniz? Halbuki onlar sizin düşməninizdir...”
İbranicə “azazel”, “hazazel” şəklində tələffüz edilir və “Tanrının qüvvətləndirdiyi” mənasındadır. Quranda və hədislərdə bu kəlməyə rast gəlinmir. İslam ədəbiyyatında “şeytan”, yaxud “iblisin adlarından biri” olaraq keçir. Cahiliyyət ərəbləri qaranlıq gecələrdə yolçulara əziyyət etdiyinə inandıqları çöl cinlərindən birini “Azazel” adlandırırdılar.