Şeytanın insanı aldatmaq yolları çox müxtəlifdir. O, hər bir insana öz mizacına (xarakterinə) görə ayrı-ayrı yollarla yanaşır. Alimləri, şeyxləri, abidləri, cinbazları və digər müsəlmanları — hamısını öz xarakterlərinə uyğun olan, onları aldada biləcəyi yollarla tovlayır. (Bu mövzuda "Təlbi-i İblis" adlı kitabda geniş izahat verilmişdir). Cahilləri çox asanlıqla ovlayır, çox zəhmət çəkmədən istəyinə nail olur. Lakin elm sahiblərini asanlıqla aldada bilmir; onlara yaxınlaşdıqda isə əvvəlcə ağlın və İslamın qəbul etdiyi yollarla gəlir. Bu da bir həqiqətdir ki, şeytan heç kəsə zorla bir şey etdirə bilməz. Şeytanın Allahın saleh bəndələri üzərində heç bir hakimiyyəti yoxdur.
#Şeytan
İbranicə “azazel”, “hazazel” şəklində tələffüz edilir və “Tanrının qüvvətləndirdiyi” mənasındadır. Quranda və hədislərdə bu kəlməyə rast gəlinmir. İslam ədəbiyyatında “şeytan”, yaxud “iblisin adlarından biri” olaraq keçir. Cahiliyyət ərəbləri qaranlıq gecələrdə yolçulara əziyyət etdiyinə inandıqları çöl cinlərindən birini “Azazel” adlandırırdılar.
Qurani-Kərim və hədislərə əsasən, cinlər də insanlar kimi Allah tərəfindən yaradılmış şüurlu varlıqlardır. Onlar atəşdən, insanlar isə torpaqdan yaradılıb. Bu fərqli yaradılış onların funksional və bioloji xüsusiyyətlərinə təsir etsə də, üstünlük və ya zəiflik baxımından heç bir fərq yaratmır.