Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Serxio Ramos Sevilyanı almaq istəyir

    26 Yanvar 2026 12:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Serxio Ramos Sevilyanı almaq istəyir
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İspaniyanın Real Madrid klubunun əfsanəvi futbolçusu Serxio Ramos doğma klubu Sevilyanın səhmlərini əldə etmək istiqamətində mühüm mərhələni geridə qoyub.

    AzerVoice xəbər verir ki, Ramosun daxil olduğu investorlar konsorsiumu klubun əsas referens səhmdar qrupu ilə ilkin razılaşma əldə edib.

    Razılaşma çərçivəsində tərəflər arasında eksklüziv danışıqlar mərhələsi başlayıb və bu müddətdə Sevilyanın maliyyə hesabatları ətraflı şəkildə araşdırılacaq.

    Məlumata əsasən, Serxio Ramos argentinalı sahibkar, ABŞ-da futbol yönümlü investisiya qrupu olan “Five Eleven Capital”ın baş icraçı direktoru Martin İnk ilə birgə hərəkət edir. Bildirilir ki, Ramos klubun bir neçə əsas səhmdarı ilə niyyət protokolu imzalayıb və növbəti mərhələ hüquqi və maliyyə yoxlamalarını əhatə edəcək.

    Mənbələr razılaşmanın ümumi dəyərinin 400 milyon avrodan çox olduğunu bildirir. Bununla yanaşı, Sevilyaya maraq göstərən daha doqquz investor qrupunun olduğu da qeyd edilir.

    39 yaşlı Serxio Ramos futbolçu karyerasını hələ başa vurduğunu açıqlamayıb. O, Meksikanın Monterrey klubundan ayrıldıqdan sonra azad agent statusundadır və Avropaya qayıtmaq variantlarını nəzərdən keçirir. Ramosun əsas hədəflərindən birinin 2026-cı il dünya çempionatında İspaniya millisinin heyətinə düşmək olduğu bildirilir. O, indiyədək milli komandanın heyətində 180 oyun keçirib.

    Qeyd edək ki, Ramos Sevilya akademiyasının yetirməsidir. O, 2005–2021-ci illərdə Real Madridin heyətində çıxış edərək beş La Liqa, dörd UEFA Çempionlar Liqası və Klublararası Dünya Çempionatı tituluna sahib olub. 2023-cü ildə isə PSJ-də iki mövsüm keçirdikdən sonra yenidən Sevilyaya qayıtmışdı.

    #İspaniya #Real Madrid #İspaniya La Liqası #Serxio Ramos #Sevilya #Real Madrid əfsanəsi #futbol klubunun alınması #Five Eleven Capital #Sevilla maliyyə yoxlaması #Ramos transfer xəbərləri #idman investisiya konsorsiumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir sülhməramlıların qorunmasını tələb etdi

    5 İyun 2026 18:52

    İspaniya ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirak etməyəcək

    2 İyun 2026 18:39

    İniesta BƏƏ-də baş məşqçi oldu

    2 İyun 2026 13:39

    Arda Gülər mövsümün ən yaxşı çıxış edən futbolçusu seçilib

    31 May 2026 22:39

    Vinisus Realdan gedir?

    27 May 2026 13:32

    Mourinyo Kroosu yanına gətirir?

    23 May 2026 11:57

    Qəzzaya yola çıxan 44 fəal İspaniyaya deportasiya olunacaq

    21 May 2026 11:56

    Mourinyo Real Madrid ilə iki illik müqavilə imzalayacaq

    18 May 2026 13:39

    Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

    17 May 2026 23:59

    Florentino Perez, "Mütəşəkkil Qaralama Kampaniyası"na qarşı mübarizə aparır

    13 May 2026 14:24

    Zinəddin Zidan “Real Madrid”ə qayıdış təklifini rədd edib

    4 May 2026 12:00

    İspaniya İsrailin Qəzzaya yardım gəmisini ələ keçirməsini kəskin şəkildə pislədi

    30 Aprel 2026 19:29
    XƏBƏR LENTİ

    Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

    Türkmənistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

    Kim Çen In donanmaya 10 min tonluq esmines inşa etməyi tapşırıb

    ABŞ İranın hücumlarına cavab verib

    366 at güclü hibrid , 2026 Lexus RX500h modelinin müsbət və mənfi tərəfləri

    İran ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

    Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

    Pentaqon İsrail kəşfiyyatının ABŞ rəsmilərini izləməsindən narahatdır - Əks-kəşfiyyat təhdidi ən yüksək həddə

    Tankların qorunmasında yeni nəsil həllər: NERA və NxRA zireh sistemləri nədir?

    Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.