BAKI,VOA
İspaniya mətbuatında yayılan iddialara görə, Jose Mourinyo mümkün Real Madrid dönüşü öncəsi artıq ilk transfer planlarını hazırlayıb.
VOAxəbər verir ki, portuqaliyalı mütəxəssis əsas hədəf kimi Morten Hjulmand üzərində dayanıb. Hazırda Sportinq forması geyinən danimarkalı yarımmüdafiəçinin transfer dəyərinin təxminən 50 milyon avro olduğu qeyd olunur.
Bununla yanaşı, Mourinyonun yalnız heyətdə deyil, məşqçi korpusunda da dəyişikliklər etməyi düşündüyü iddia edilir. Məlumata əsasən, klubun sabiq ulduzu Toni Kroos məşqçilər heyətinə cəlb oluna biləcək namizədlərdən biri kimi nəzərdən keçirilir.
İddialara görə, klub rəhbərliyi son mövsümlərdəki nəticələrdən sonra yeni layihə üzərində işləyir və bu layihənin əsas fiqurlarından biri də Mourinyo ola bilər.
Qeyd edək ki, hazırda bu məlumatlarla bağlı klub tərəfindən rəsmi açıqlama verilməyib və yayılan xəbərlər iddia xarakteri daşıyır.