Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Zinəddin Zidan “Real Madrid”ə qayıdış təklifini rədd edib

    4 May 2026 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zinəddin Zidan “Real Madrid”ə qayıdış təklifini rədd edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Fransalı mütəxəssis Zinəddin Zidanın Real Madridə qayıdışı baş tutmayacaq.

    VOA xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata görə, Zinəddin Zidan klub prezidenti Florentino Peres ilə keçirilən danışıqlarda “Santyaqo Bernabeu”ya üçüncü dəfə qayıtmaq təklifini qəbul etməyib.

    Bildirilir ki, klub rəhbərliyi Zidanı Xabi Alonso əvəz etmək üçün əsas namizəd kimi görüb. Lakin fransalı məşqçi artıq Didye Deşam sonrası Fransa millisinin baş məşqçisi olmaq planını seçdiyi üçün bu təklifi rədd edib.

    Hazırda komandaya rəhbərlik edən Alvaro Arbeloa dövründə nəticələr gözləntiləri doğrultmayıb. La Liqa çempionatında Real Madrid lider Barselona klubundan 12 xal geri qalır və titul uğrunda mübarizəni itirmək təhlükəsi ilə üz-üzədir.

    Komandanın UEFA Çempionlar Liqası kampaniyası da uğursuz olub – Madrid təmsilçisi 1/4 final mərhələsində Bayern Münhen klubuna uduzaraq turnirlə vidalaşıb. Bu isə ardıcıl ikinci mövsüm titulsuz qalmaq riskini artırıb.

    Media məlumatlarına görə, klub daxilində gərginlik pik həddə çatıb. Soyunub-geyinmə otağında vəziyyətin “partlayış həddində” olduğu bildirilir və Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqem kimi ulduz oyunçular arasında fikir ayrılıqları olduğu iddia olunur.

    Qeyd edək ki, Zidan daha əvvəl həm futbolçu, həm də baş məşqçi kimi Real Madriddə fəaliyyət göstərib və onun rəhbərliyi altında klub ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olub.

    Hazırda klub rəhbərliyi yeni baş məşqçi axtarışlarını davam etdirir. Namizədlər arasında Joze Mourinyo, Yurgen Klopp və Massimiliano Alleqri kimi tanınmış mütəxəssislərin adları çəkilir.

    #İspaniya #Real Madrid #İspaniya La Liqası #Zineddin Zidan #Florentino Peres
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Aİ ölkələri İsrail şirkətləri ilə milyardlarla avroluq müqavilələr imzalayıb

    2 İyul 2026 18:31

    Dünya Çempionatında bu gecə: İspaniya Avstriyanı sınağa çəkəcək

    2 İyul 2026 14:41

    Tarixdə bu gün - 30 İyun

    30 İyun 2026 00:01

    İspaniya və Niderland Venesuelaya hərbi xilasedicilər göndərməyə hazırdır

    25 İyun 2026 18:51

    Bernardo Silvanın yeni klubu bəlli oldu

    12 İyun 2026 16:33

    La Liqada mövsümün ən yaxşısı kim oldu?

    6 İyun 2026 15:51

    Misir sülhməramlıların qorunmasını tələb etdi

    5 İyun 2026 18:52

    İspaniya ABŞ və İsrailin İrana qarşı müharibəsində iştirak etməyəcək

    2 İyun 2026 18:39

    İniesta BƏƏ-də baş məşqçi oldu

    2 İyun 2026 13:39

    Arda Gülər mövsümün ən yaxşı çıxış edən futbolçusu seçilib

    31 May 2026 22:39

    Vinisus Realdan gedir?

    27 May 2026 13:32

    Mourinyo Kroosu yanına gətirir?

    23 May 2026 11:57
    XƏBƏR LENTİ

    Türkiyədə təbii fəlakətlərin statistikası - Son illərdə hansı hadisələr artıb? (ÖZƏL)

    Tripoliyə səfərim Suriya inqilabını dəstəkləyənlərə ehtiramın ifadəsidir - Şeybani

    Suriyanın Suveyda vilayətində təhlükəsizlik məntəqələrinə hücum edilib

    Livanın dürzi icması Livan - Suriya münasibətlərini dəstəkləyib

    Xameneinin dəfn mərasimindən dolayı ABŞ İran danışıqları dayandırılıb

    Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb

    Bir sıra qanunların "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılıb

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    Pakistanda sərnişin avtobusu dərəyə aşıb: 40 nəfər ölüb, 8 nəfər yaralanıb

    ABŞ İsrailin iranlı nümayəndələri hədəfə ala biləcəyi barədə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.