İspaniyanın Real Madrid klubunun əfsanəvi futbolçusu Serxio Ramos doğma klubu Sevilyanın səhmlərini əldə etmək istiqamətində mühüm mərhələni geridə qoyub. Məlumata əsasən, Serxio Ramos argentinalı sahibkar, ABŞ-da futbol yönümlü investisiya qrupu olan “Five Eleven Capital”ın baş icraçı direktoru Martin İnk ilə birgə hərəkət edir. Bildirilir ki, Ramos klubun bir neçə əsas səhmdarı ilə niyyət protokolu imzalayıb və növbəti mərhələ hüquqi və maliyyə yoxlamalarını əhatə edəcək.
#Serxio Ramos
Real Madrid-in əfsanəsi Serxio Ramos Meksikanın Monterrey klubundan ayrılaraq Avropaya qayıtmağa hazırdır. Müdafiəçi məqsədini 2026 Dünya Kubokunda İspaniyanı təmsil etməkdə görür və müqaviləsini yeniləməməyi qərara alıb. Ramos Avropada davamlı oyun imkanı ilə İspaniya millisində yenidən şans qazanmaq istəyir. 39 yaşlı müdafiəçi sonuncu dəfə 2021-ci ildə milli komandada oynayıb və bundan sonra Avropa və Dünya turnirlərinin heyətinə daxil edilməyib.