Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Barcelona bu mövsüm niyə bu qədər uğurludur?

    24 Aprel 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Barcelona bu mövsüm niyə bu qədər uğurludur?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice / Fərid Mikayılov

    Barcelona futbol klubu tarixən dünyanın ən güclü komandalarından biri kimi tanınıb. Lakin son illərdə xüsusilə komandanın əfsanəvi oyunçularının bir-bir ayrılmasından sonra Kataloniya təmsilçisi ciddi eniş dövrünə daxil olub.

    Baş məşqçi problemi ilə üzləşən klub, bu durumu dəyişmək üçün əvvəlcə öz əfsanəsi Xavi Hernandezi komandanın baş məqçi postuna gətirdi. Xavi ilk mövsümündə La Liqa və digər turnirlərdə qələbələr qazansa da, növbəti mövsümdə uğursuz nəticələr fonunda klubla yollarını ayırdı.

    2024/25 mövsümündə isə klubun başına alman təcrübəli mütəxəssis Hansi Flik gətirildi. Flik daha öncə Bavariya və Almaniya millisini çalışdıraraq böyük uğurlar əldə edib. Onun rəhbərliyi altında Barcelona bu mövsüm yenidən zirvəyə doğru irəliləyir.

    Flikin oyun fəlsəfəsinin əsasını intizam, kollektiv düşüncə və psixoloji balans təşkil edir. Bu elementlər, son illərdə sabitlik baxımından çətinlik çəkən Barcelona üçün dönüş nöqtəsinə çevrildi.

    Flik hücumlarda genişliyi artırmaq üçün cinah oyunçularına və hücumameylli cinah müdafiəçilərinə böyük əhəmiyyət verir. Bu yanaşma, komandanın dinamik və gənc heyəti ilə birləşərək hücumda çevik və təsirli oyun qurmağa imkan verir.

    Bu mövsüm Barcelonanın hücum xətti həm gənc istedadları, həm də təcrübəli ulduzları bir araya gətirir. Komandanın əsas qol ümidi olaraq Robert Levandovski çıxış edir. Onun təcrübəsi, mövqe seçimi və son vuruşlardakı dəqiqliyi hücum xəttinin mərkəzi fiquruna çevrilməsinə səbəb olub.

    Lamin Yamal, cəmi 17 yaşı olmasına baxmayaraq, artıq əsas heyətin dəyişilməz üzvüdür. Onun sürəti, texnikası və driblinq qabiliyyəti sağ cinahda real təhlükə yaradır və komandaya strateji üstünlük qazandırır.

    Cinahda digər bir aparıcı fiqur Rafinyadır. Braziliyalı futbolçunun texniki bacarığı və uzaqdan zərbələri onu həm sol, həm də sağ cinahda effektiv edir. Bu mövsüm göstərdiyi performansla Rafinya artıq Qızıl top üçün real namizəd kimi dəyərləndirilir.

    Komandanın mərkəzində isə bu mövsüm transfer olunan Dani Olmo və əsas oyun qurucu Pedri dayanır. Hər iki futbolçu Avro-2024 turnirində də öz milli komandalarının aparıcı fiqurlarına çevrilərək parlaq çıxış ediblər.

    Pedri, oyun oxuma qabiliyyəti, pas dəqiqliyi və presinqdəki effektivliyi ilə diqqət çəkir. O, həm müdafiədə, həm də hücumda balans yaradır.

    Dani Olmo isə gözlənilməz hücumları, dinamik oyun tərzi və qapıya istiqamətlənmiş dəqiq zərbələri ilə tanınır. Onun cinahdan mərkəzə hərəkətləri müdafiə xətlərini çaşdıraraq rəqiblər üçün təhlükə yaradır.

    Bu iki oyunçunun birlikdə meydana gətirdiyi enerji, ritm və nəzarət Barcelona-nın bu mövsümki yüksəlişinin əsas səbəblərindəndir.

    Barcelonanın 2024/25 mövsümündəki uğuru təsadüfi deyil. Hansi Flikin rəhbərliyi, nizam-intizam əsaslı sistem və gənc istedadların doğru şəkildə inteqrasiya olunması, klubu yenidən Avropa səhnəsində favoritlərdən birinə çevirib.

    #Çempionlar Liqası #Xavi Hernandez #Barcelona #Bavariya #Lamin Yamal #İspaniya La Liqası #Fərid Mikayılov #Hansi Flik #Dani Olmo #Pedri #Rafinya #Qızıl Top #Robert Levandovski
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Arda Gülər mövsümün ən yaxşı çıxış edən futbolçusu seçilib

    31 May 2026 22:39

    Dünyanın gözü Budapeştdə - Çempionlar Liqasının qalibi bu gün müəyyənləşir

    30 May 2026 09:46

    Vinisus Realdan gedir?

    27 May 2026 13:32

    Keyn “Qızıl Buts” mükafatını qazandı

    25 May 2026 14:46

    Mourinyo Kroosu yanına gətirir?

    23 May 2026 11:57

    Mourinyo Real Madrid ilə iki illik müqavilə imzalayacaq

    18 May 2026 13:39

    Florentino Perez, "Mütəşəkkil Qaralama Kampaniyası"na qarşı mübarizə aparır

    13 May 2026 14:24

    Arsenal ilə Atletiko Madrid final uğrunda üz-üzə gələcək

    4 May 2026 14:39

    Zinəddin Zidan “Real Madrid”ə qayıdış təklifini rədd edib

    4 May 2026 12:00

    Alfonso Deyvis Bavariyada qalır – Mançester Yunayted geri addım atır

    25 Aprel 2026 12:40

    Arda Gülər zədələndi – 1 ay oynaya bilməyəcək

    23 Aprel 2026 15:36

    Barselonada yay ayrılığı gündəmdə: Reşford və de Yonqun adı gedənlər siyahısında

    21 Aprel 2026 16:43
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir

    İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.