#Robert Levandovski

Kataloniya klubunda bir neçə futbolçunun komandadan ayrılması variantı nəzərdən keçirilir. İddialara əsasən, bu siyahıda Markus Raşford, Frenki de Yonq, Robert Levandovski, Andreas Kristensen və Mark Kasado yer alır. Markus Raşfordun icarə müddətinin yekununda Mançester Yunaytedə qayıtmasının mümkün olduğu, Frenki de Yonqun isə maaş büdcəsini yüngülləşdirmək üçün əsas namizədlərdən biri sayıldığı iddia olunur.

Cari mövsümdə Bundesliqada 14 oyunda 18 qol vuran Harri Keyn, Bavariyanın keçmiş hücumçusu Levandovskinin 2020/21 mövsümündə müəyyən etdiyi 41 qolluq rekordu geridə qoymağa real namizəd kimi dəyərləndirilir. 32 yaşlı futbolçunun hazırkı qol ortalaması mövsümün sonunda onu 43–44 qol həddinə çatdıra bilər.