BAKI,VOA, Fərid Mikayılov
Arsenal ilə Atletiko Madrid arasında yarımfinal mərhələsinin cavab oyunu İngiltərədə keçiriləcək.
VOA xəbər verir ki, ilk görüş 1:1 hesabı ilə başa çatdığından komandalar finala yüksəlmək üçün həlledici qarşılaşmaya çıxacaq.
Matç London şəhərində yerləşən Emirates stadionunda baş tutacaq və oyunu almaniyalı hakim Daniel Siebert idarə edəcək. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İspaniyada keçirilən ilk oyunda komandalar bərabərə qalıb. Həmin görüşdə Viktor Gyökeres və Julian Alvarez penalti zərbələrini dəqiq yerinə yetirərək hesabı müəyyənləşdiriblər.
Qeyd edək ki, Arsenal sonuncu dəfə 2005-2006 mövsümündə finala yüksəlib və həlledici oyunda Barselonaya məğlub olub. Atletiko Madrid isə 2015-2016 mövsümündə finalda Real Madridə uduzub.