#Rafinya

İspaniyanın aparıcı klublarından olan Barselona mühüm oyunlar ərəfəsində ciddi itki ilə üzləşib. Barselonanın prezidenti Laporta isə yaranmış vəziyyətə görə FIFA-nın beynəlxalq oyun təqvimini sərt tənqid edib. O bildirib ki, sıx qrafik futbolçuların sağlamlığını risk altına qoyur və klubların maraqları nəzərə alınmır.

Barselonanın braziliyalı hücumçusu Rafinya, 2024-cü ilin yayında Səudiyyə Ərəbistanından aldığı yüksək məbləğli transfer təklifini qəbul etməyə çox yaxın olduğunu, lakin komandanın yeni baş məşqçisi Hansi Flikin zəngi sayəsində Barselonada qalmağa qərar verdiyini açıqlayıb.

Mükafatı təqdim etmək üçün Barselona əfsanəsi Ronaldinyo seçilib. 2005-ci ildə “Qızıl Top”u qazanan Ronaldinyo, bu dəfə səhnəyə qalxaraq futbolun ən prestijli mükafatını qalibə təqdim edəcək. Favorit hesab edilən Dembelenin mərasimdə iştirakı hələ də dəqiqləşməyib. Çünki Paris Sen-Jermen bazar ertəsi təxirə salınmış “Le Classique” oyununda Marsellə qarşılaşacaq. Hava şəraiti səbəbindən bazar günü baş tutmayan görüşün yeni tarixi eyni günə təyin olunub. Dembelenin zədəsi səbəbindən komandanın heyətində yer almadığı bildirilir. Bu səbəbdən, ulduz futbolçu Parisdə qalaraq “Qızıl Top” mərasimində iştirak edə bilər.

İspaniya La Liqasının 6-cı turunda Barselona səfərdə Valensiyaya qarşı 6:0 hesablı qələbə qazanıb. Matçda baş məşqçi Hansi Flik intizam siyasətini bir daha nümayiş etdirərək braziliyalı ulduz Rafinyanı start heyətindən kənarda saxlayıb, onun yerinə isə 19 yaşlı isveçli vinger Runi Bardghjiyə şans verib.