Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qarabağ və Şərqi Zəngəzurda dini abidələrin bərpası dövlət tərəfindən diqqət mərkəzindədir - Ombudsman

    24 Dekabr 2025 10:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qarabağ və Şərqi Zəngəzurda dini abidələrin bərpası dövlət tərəfindən diqqət mərkəzindədir - Ombudsman
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ölkəmiz dünyada müxtəlif sivilizasiyaların və milli-mədəni rəngarəngliyin bir arada yaşadığı tolerant və multikultural mühitə malikdir.

    AzerVoice xəbər verir ki, Ombudsman çıxışında vurğulayıb ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında tolerantlıq və multikulturalizm prinsipləri əsas rol oynayır və dövlət-din münasibətləri konstitusion hüquqlar əsasında tənzimlənir. Səbinə Əliyeva qeyd edib ki, ölkədə bütün dini etiqad sahiblərinin hüquqları qanun qarşısında bərabərdir və vicdan azadlığı təmin edilir.

    Səbinə Əliyeva həmçinin diqqətə çatdırıb ki, Vətən müharibəsi nəticəsində əldə edilmiş Zəfərin 5-ci ildönümü ölkədə suverenliyin və ərazi bütövlüyünün bərpasını simvollaşdırır. O, Qarabağ və Şərqi Zəngəzurda məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və dini abidələrin bərpası ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

    Ombudsman bildirib ki, işğal dövründə erməni vandalları tərəfindən məscidlər, kilsələr, sinaqoqlar və qəbiristanlıqlar dağıdılmış və minalanmışdır. Səbinə Əliyeva əlavə edib ki, Ombudsman təsisatı tərəfindən həmin faktlar aidiyyəti hesabatlarda dünya ictimaiyyətinə və dini icmalara çatdırılıb.

    Çıxışında Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycan Respublikası dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və dini icmalarla əməkdaşlıq edərək insan hüquqları, dini tolerantlıq, multikulturalizm və vicdan azadlığının təbliği sahəsində davamlı maarifləndirmə tədbirləri həyata keçirir.

    Ombudsman həmçinin Prezident İlham Əliyevin müdrik hərbi-diplomatik siyasəti nəticəsində regionda sülh və insan hüquqlarının inkişafı istiqamətində mühüm addımların atıldığını bildirib. Səbinə Əliyeva Forum iştirakçılarına uğurlar arzulayaraq tədbirin əhəmiyyətini vurğulayı

    #Qarabağ #ombudsman #Səbinə Əliyeva #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Şərqi Zəngəzur #Ombudsman Aparatı #Din xadimlərinin təlimi #Azərbaycanda tolerantlıq siyasəti #Azərbaycanda dini tolerantlıq modeli #multikulturalizm və tolerantlıq #dini tolerantlıq #Azərbaycan tolerantlıq modeli #Azərbaycan Din Xadimlərinin II Forumu #Azərbaycan Din Xadimlərinin Forumu #Din Xadimlərinin II Forumu #Qafqazda tolerantlıq #dini abidələrin bərpası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

    29 Avqust 2026 12:54

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

    24 Avqust 2026 18:27

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    Şərqi Zəngəzurun dirçəlişi təkcə insanların deyil, biznesin və yeni imkanların qayıdışıdır - Vahid Hacıyev

    2 Avqust 2026 16:29

    "Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq

    30 İyul 2026 10:43

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

    28 İyul 2026 10:09

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    9 İyul 2026 16:39

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    8 İyul 2026 11:47

    Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

    7 İyul 2026 16:32

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.