Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    9 İyul 2026 16:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikana səfəri çərçivəsində iyulun 9-da Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb.

    Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəm təməlini qarşılıqlı hörmət, ümumbəşəri dəyərlərə sadiqlik təşkil edir. İkitərəfli əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu mühüm rol oynayıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan–Vatikan əməkdaşlığının yeni məzmunla zənginləşməsinə şərait yaradıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dünya mədəni irsinin qorunması, dini və tarixi abidələrin bərpası, eləcə də sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi layihələrin dostluq və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

    Ramin Məmmədov bildirib ki, Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri üçün qarşılıqlı hörmət əsasında birgəyaşayış mühitinin qorunması, multikultural dəyərlərin yaşadılması və bu sahədə formalaşmış təcrübənin beynəlxalq müstəvidə tanıdılması priroritet istiqamətlərdən biridir.

    Azərbaycan ilə Vatikan arasındakı yüksəksəviyyəli tərəfdaşlıq humanitar əməkdaşlığın möhkəmlənməsinə, dinlərarası dialoqun təşviqinə və yeni birgə təşəbbüslərin reallaşdırılmasına əlverişli zəmin yaradır. Bu baxımdan birbaşa təmasların davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

    Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ölkəmizə səfərini məmnunluqla xatırlayaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, dini müxtəlifliyə əsaslanan tolerantlıq mühitinin qorunması istiqamətində həyata keçirilən siyasət barədə təəssüratlarını bölüşüb. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin qarşılıqlı etimada əsaslandığını qeyd edərək, humanitar, elmi və mədəni sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

    Səmərəli fikir mübadiləsi şəraitində keçirilən görüşdə Azərbaycan-Vatikan diplomatik əlaqələrin 35 illiyi münasibətilə planlaşdırılan tədbirlər, həmçinin Vatikanın müvafiq qurumları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihələri barədə müzakirə aparılıb.

    Qeyd edək ki, görüşdə Vatikan Apostol Arxivinin prefekti Don Roko Ronzani, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov da iştirak ediblər.

    #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Vatikan #Ramin Məmmədov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

    20 Avqust 2026 18:44

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    8 İyul 2026 11:47

    Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

    7 İyul 2026 16:32

    Papa XIV Leo ABŞ-ı immiqrasiya ənənəsinə sadiq qalmağa çağırıb

    3 İyul 2026 22:52

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Roma Papası Venesuelaya 100 min avro təcili yardım ayırıb

    25 İyun 2026 21:22

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    25 İyun 2026 20:44

    Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

    25 İyun 2026 10:13

    Ramin Məmmədov 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimində iştirak edib

    12 İyun 2026 15:46
    XƏBƏR LENTİ

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.