Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsində kifayət qədər təcrübə mövcuddur. Lakin vahid və etibarlı bir məlumat bazasının yaradılmasına da ciddi ehtiyac var. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda panel müzakirəsində deyib.
#multikulturalizm və tolerantlıq
Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Y.N. Aytkenov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək Azərbaycanın tolerant və multikultural mühitə malik olduğunu vurğulayıb. Aytkenov bildirib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların sülh, qarşılıqlı hörmət və dialoq şəraitində yaşadığı ölkədir. O, dövlət-din münasibətlərinin konstitusion prinsiplərə əsaslandığını və vicdan azadlığının təmin edildiyini qeyd edib.
Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ölkəmiz dünyada müxtəlif sivilizasiyaların və milli-mədəni rəngarəngliyin bir arada yaşadığı tolerant və multikultural mühitə malikdir. Ombudsman çıxışında vurğulayıb ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında tolerantlıq və multikulturalizm prinsipləri əsas rol oynayır və dövlət-din münasibətləri konstitusion hüquqlar əsasında tənzimlənir. Səbinə Əliyeva qeyd edib ki, ölkədə bütün dini etiqad sahiblərinin hüquqları qanun qarşısında bərabərdir və vicdan azadlığı təmin edilir.
Dekabrın 23-də Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral Kilsəsini ziyarət ediblər. Burada qonaqlara Azərbaycanın xristian icmalarının tarixi keçmişi, dini-mədəni irsi və ölkənin ictimai həyatında tutduğu yer barədə ətraflı məlumat təqdim olunub. Ziyarət zamanı müxtəlif konfessiyaların mədəniyyətinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib.
Görüşdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan Respublikasında tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır" fikirlərini diqqətə çatdıran nazir