#Ombudsman Aparatı

Münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması, onların ailələrinin və bütövlükdə cəmiyyətin həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq hüququn fundamental tələblərindəndir. Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək, minlərlə itkin düşmüş, müharibə şəraiti və hərbi əməliyyatlar zamanı həyatlarını itirmiş naməlum şəxslərin, tutularaq gizli yerlərdə saxlanılan və ya gizli şəkildə qətlə yetirilmiş şəxslərin xatirəsini yad etmək məqsədilə 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Gününü təsis etmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Suriya Ərəb Respublikasından Azərbaycana repatriasiya olunan vətəndaşlarla görüş keçiriblər. Xatırladaq ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriyadan 7-si qadın, 9-u uşaq olmaqla ümumilikdə 16 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Bunu İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.

Ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi mandatı çərçivəsində Bakı şəhərinin mərkəzində əlilliyi olan şəxslər üçün infrastrukturun müyəssərliyi ilə bağlı monitorinq aparılıb və əldə olunan nəticələrə dair hesabat hazırlanıb.

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür. İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.

Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ölkəmiz dünyada müxtəlif sivilizasiyaların və milli-mədəni rəngarəngliyin bir arada yaşadığı tolerant və multikultural mühitə malikdir. Ombudsman çıxışında vurğulayıb ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında tolerantlıq və multikulturalizm prinsipləri əsas rol oynayır və dövlət-din münasibətləri konstitusion hüquqlar əsasında tənzimlənir. Səbinə Əliyeva qeyd edib ki, ölkədə bütün dini etiqad sahiblərinin hüquqları qanun qarşısında bərabərdir və vicdan azadlığı təmin edilir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Biznes və İnsan Hüquqları Forumunda iştirak edib. Müvəkkil forum zamanı müzakirələrdə ölkəmizdə biznesin inkişafı və sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, biznes və insan hüquqları sahəsində görülən işlər barədə ətraflı məlumat verib.