#Azərbaycan tolerantlıq modeli

Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Y.N. Aytkenov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək Azərbaycanın tolerant və multikultural mühitə malik olduğunu vurğulayıb. Aytkenov bildirib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların sülh, qarşılıqlı hörmət və dialoq şəraitində yaşadığı ölkədir. O, dövlət-din münasibətlərinin konstitusion prinsiplərə əsaslandığını və vicdan azadlığının təmin edildiyini qeyd edib.

Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ölkəmiz dünyada müxtəlif sivilizasiyaların və milli-mədəni rəngarəngliyin bir arada yaşadığı tolerant və multikultural mühitə malikdir. Ombudsman çıxışında vurğulayıb ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında tolerantlıq və multikulturalizm prinsipləri əsas rol oynayır və dövlət-din münasibətləri konstitusion hüquqlar əsasında tənzimlənir. Səbinə Əliyeva qeyd edib ki, ölkədə bütün dini etiqad sahiblərinin hüquqları qanun qarşısında bərabərdir və vicdan azadlığı təmin edilir.

Misirin Qahirə şəhərində "Fətva və humanitar gerçəklik problemləri: müasir çətinliklərlə ayaqlaşan rasional ictihada doğru" şüarı ilə keçirilmiş beynəlxalq konfransda dünyanın 50 dən çox ölkədən müftilər, şəriət alimləri, ekspertlər və mütəxəssislər iştirak edib. Misirdə Azərbaycan diasporunun sədri, Dünya Azərbaycanlı Almlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirov konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışıb.