Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Şərqi Zəngəzurun dirçəlişi təkcə insanların deyil, biznesin və yeni imkanların qayıdışıdır - Vahid Hacıyev

    2 Avqust 2026 16:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şərqi Zəngəzurun dirçəlişi təkcə insanların deyil, biznesin və yeni imkanların qayıdışıdır - Vahid Hacıyev
    Facebook Twitter LinkedIn Pinterest Email

    Zəngilan, VOA

    Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesi yalnız keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə məhdudlaşmır, eyni zamanda biznesin, təhsilin, xidmət sektorunun və yeni imkanların bölgəyə dönüşünü təmin edir.

    Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.

    V.Hacıyev qeyd edib ki, Azərbaycan diasporu ölkənin beynəlxalq aləmdə tanıdılması, milli maraqların müdafiəsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və mədəni irsin yaşadılması istiqamətində mühüm rol oynayır. Onun sözlərinə görə, bu missiyanın uğurla həyata keçirilməsində diaspor gənclərinin üzərinə böyük məsuliyyət düşür.

    Xüsusi nümayəndə bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə təsdiqlənən Böyük Qayıdış Dövlət Proqramının birinci mərhələsinin nəticələri artıq özünü göstərir.

    Onun sözlərinə görə, Cəbrayıl və Zəngilan şəhərlərində, eləcə də Ağalı, Məmmədbəyli, Şükürbəyli, Horovlu və digər yaşayış məntəqələrində köç prosesi həyata keçirilib, Qubadlı şəhəri və rayonun digər yaşayış məntəqələrində isə genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir.

    V.Hacıyev vurğulayıb ki, dövlət bölgədə sahibkarlığın inkişafı üçün vergi və gömrük güzəştləri tətbiq edir, xüsusi maliyyə mexanizmləri yaradır və investorlara geniş dəstək göstərir. Bunun nəticəsində kənd təsərrüfatı, logistika, xidmət, turizm və mədəniyyət sahələri üzrə yeni inkişaf istiqamətləri formalaşır.

    O qeyd edib ki, Cəbrayılda yaradılan Araz Vadisi İqtisadi Zonasında artıq 19-dan çox rezident fəaliyyət göstərir və həyata keçirilən layihələr bölgədə məşğulluğun artmasına töhfə verir.

    Xüsusi nümayəndənin sözlərinə görə, Şərqi Zəngəzurun əsas potensiallarından biri kənd təsərrüfatıdır. Araz, Həkəri, Bərgüşad, Bəsit və Oxçu çayları, müasir pivot suvarma sistemləri, həmçinin 12 min hektarlıq suvarma kanalının istifadəyə verilməsi kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır.

    O bildirib ki, bölgədə bağçılıq ənənələri yenidən bərpa olunur, istehsal edilən kənd təsərrüfatı məhsulları daxili bazarla yanaşı xarici ölkələrə də ixrac edilir.

    V.Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində Şərqi Zəngəzurda alternativ enerji layihələri də sürətlə həyata keçirilir.

    Onun sözlərinə görə, Cəbrayılda BP şirkəti tərəfindən 240 meqavat gücündə günəş elektrik stansiyası tikilir, digər investorlar tərəfindən də yeni günəş enerjisi layihələri icra olunur. Yaşayış məntəqələri və inzibati binalarda günəş panellərindən istifadə edilir, Zəngilan rayonunda isə dörd su elektrik stansiyası fəaliyyət göstərir.

    Xüsusi nümayəndə əlavə edib ki, bölgənin nəqliyyat və logistika imkanları da sürətlə genişlənir.

    “Xudafərin-Ağbənd avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir, dəmir yolu xətti istifadəyə hazır vəziyyətə gətirilir, Zəngilan Beynəlxalq Hava Limanı isə regionun logistik potensialını əhəmiyyətli dərəcədə artırır. Bu imkanlar investorların bölgəyə marağını gücləndirir və logistik mərkəzlərin yaradılması üçün əlverişli şərait formalaşdırır”, - deyə o bildirib.

    O vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin əsas missiyası Azərbaycanın qazandığı tarixi Zəfəri, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və ölkənin inkişafını beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırmaq, dünya azərbaycanlılarının həmrəyliyini daha da möhkəmləndirmək və dövlətin strateji hədəflərinə töhfə verməkdir.

    #Şərqi Zəngəzur #Böyük Qayıdış prosesi #Vahid Hacıyev #Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov

    2 Avqust 2026 16:31

    Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

    12 İyun 2026 20:45

    Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

    23 May 2026 18:52

    Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının effektiv modelidir - dövlət komitəsinin nümayəndəsi

    15 May 2026 19:07

    Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir

    4 May 2026 20:21

    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar

    26 Mart 2026 19:38

    Dünya səyyahları Şuşa şəhərinə gəliblər

    26 Mart 2026 18:32

    Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

    26 Mart 2026 10:38

    “Hər məsciddə kitabxana” layihəsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində davam etdirilib

    15 Yanvar 2026 16:53

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    8 Yanvar 2026 16:42

    Ötən ay Qarabağ və Şərqi Zəngəzurda 5 min hektardan çox ərazi minalardan təmizlənib

    7 Yanvar 2026 10:08

    Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

    6 Yanvar 2026 11:01
    XƏBƏR LENTİ

    2026-cı il Honda Jazz -e sınaqdan keçirildi

    İspaniyada böhranlar zənciri: Sançesin İsrailə qarşı mövqeyindən sonra iddialar gündəmdə

    Ermənistan Prezidenti Nikol Paşinyanı Baş nazir təyin edib

    Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov

    Şərqi Zəngəzurun dirçəlişi təkcə insanların deyil, biznesin və yeni imkanların qayıdışıdır - Vahid Hacıyev

    İsraildə yeni siyasi parçalanma - "Kifayət qədər sionist" olmayanlar sistemdən kənarlaşdırılır?

    Avropanın altıncınəsil qırıcı təyyarə layihəsi niyə iflasa uğradı?

    The Odyssey – 2026-cı ilin ən möhtəşəm filmi

    Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar

    Ərdoğana sui-qəsd edən FETÖ üzvü ilə bağlı yeni detallar açıqlandı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.