Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan cəmiyyətində dini dözümlülük, multikulturalizm və dünyəvi dövlət prinsiplərinin rolunu vurğulamış, dini icmaların qadınların sosial və mənəvi inkişafına töhfəsini qeyd etmişdir. Bahar Muradova çıxışında bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətində ailə, sağlam mənəviyyat və sosial ədalət mərkəzi yer tutur. Azərbaycan Konstitusiyasına əsasən ölkə dünyəvi dövlət olmaqla yanaşı, milli-mənəvi dəyərləri qoruyur və bütün dinlərə bərabər münasibət göstərir.
#Azərbaycan Din Xadimlərinin Forumu
Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ölkəmiz dünyada müxtəlif sivilizasiyaların və milli-mədəni rəngarəngliyin bir arada yaşadığı tolerant və multikultural mühitə malikdir. Ombudsman çıxışında vurğulayıb ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında tolerantlıq və multikulturalizm prinsipləri əsas rol oynayır və dövlət-din münasibətləri konstitusion hüquqlar əsasında tənzimlənir. Səbinə Əliyeva qeyd edib ki, ölkədə bütün dini etiqad sahiblərinin hüquqları qanun qarşısında bərabərdir və vicdan azadlığı təmin edilir.
Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Elm və Təhsil naziri Emin Əmrullayev, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxış edəcəklər.