Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Şimali Afrika
    Şimali Afrika

    Sudanda mülki şəxslərə qarşı zorakılıq artıb - BMT

    5 Dekabr 2025 09:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sudanda mülki şəxslərə qarşı zorakılıq artıb - BMT
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatı (BMT), Sudanın Kurdofan bölgəsində zorakılığın və mülki əhaliyə yönəlik təhlükənin artdığını bildirərək, Cənubi Kurdofan əyalətinin Kadugli şəhərində aclıq şəraitinin qeydə alındığını və bunun digər bölgələrə yayılma riski olduğunu xəbərdar edib.

    AzerVoice xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında çıxış edərkən bildirib.

    Düjarrik bildirib ki, BMT-nin humanitar yardım komandaları Kurdofanda artan zorakılıqla yanaşı mülki əhali üçün də təhlükənin yüksəldiyi barədə xəbərdarlıq ediblər. “Sudandakı humanitar yardım heyəti, bütün Kurdofan boyunca artan zorakılığı və bir çox şəhəri təcrid edən mühasirələri ən sərt şəkildə qınayan bir bəyanat yayıb”, – deyə o vurğulayıb.

    Onun sözlərinə görə, humanitar yardım işçiləri Cənubi Kurdofandakı Kadugli və Delenc şəhərlərində insanların son dərəcə ağır çətinliklərlə, ciddi hərəkət məhdudiyyətləri ilə və əsas xidmətlərə və qorunmaya məhdud çıxışla üzləşdiyini bildiriblər.

    “Kaduglidə aclıq şəraiti müəyyən edildiyi halda, Qərbi Kurdofan əyalətinin Babanusa şəhərində də davamlı hücumlar qeydə alınıb”, – deyə Düjarrik bildirib və aclığın Kurdofanın digər bölgələrinə yayılma riski olduğunu vurğulayıb.

    Düjarrik qeyd edib ki, yardım işçiləri Kurdofan bölgəsində yaşayan təxminən 1,1 milyon insana əsas yardımı çatdırmaq üçün qeyri-adi risklərlə üz-üzə qalırlar.

    O, münaqişədə iştirak edən tərəflərə humanitar yardım işçilərini və mühasirə altındakı bölgələrdən qaçan mülki şəxsləri qorumaq çağırışı edərək, “Ehtiyacı olan hər kəsə təhlükəsiz və fasiləsiz çıxış təmin etmələri vacibdir”, – deyib.

    Qeyd edək ki,Sudanda 15 aprel 2023-cü ildən bəri ordu ilə xaricdən dəstəklənən Sürətli Dəstək Qüvvələri (RSF) arasında şiddətli toqquşmalar davam edir.

    Ölkənin qərbində yerləşən Darfur bölgəsinin ən böyük şəhəri Fəşir, ağır döyüşlərdən sonra əsasən RSF-nin nəzarətinə keçib.

    On minlərlə insanın döyüşlərdən qaçdığı şəhərdə HDK-nın mülki şəxsləri zorla yerindən çıxardığı, çox sayda silahsız insanı öldürdüyü və işgəncə verdiyi anlar HDK üzvlərinin paylaşdığı videolarda əks olunub.

    #BMT #Sudan #humanitar yardım #Sudan iqtisadi inkişaf #Sudan ordusu və RSF münaqişəsi #Sudanda humanitar böhran #Sudanda içməli su problemi #Sudanda səhiyyə sisteminin çöküşü #Sudanın siyasi vəziyyəti #Sudan toqquşmaları #Sudan vətəndaş müharibəsi 2023 #Sudan RSF hücumu #Sürətli Dəstək Qüvvələri (RSF)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-İran qarşıdurmasına qayıdış mülki şəxslər üçün böyük zərbədir - Volker Türk

    14 İyul 2026 22:39

    İsrail 34 yeni qanunsuz yaşayış məntəqəsi üçün 434 milyon dollar ayırıb

    14 İyul 2026 22:33

    BMT Yəməndə artan gərginlikdən narahatdır

    13 İyul 2026 21:47

    Avropa İttifaqı Qəzza üçün 1 milyard dollarlıq yardım təşəbbüsü başladıb

    13 İyul 2026 18:40

    Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

    11 İyul 2026 22:35

    ABŞ MoU-ni pozmağa davam edərsə, Tehran öhdəlikləri yerinə yetirməyəcək - İranın BMT-dəki səfiri

    11 İyul 2026 18:27

    Livanın cənubunda zorakılıq azalıb, lakin vəziyyət hələ də kövrəkdir - BMT sülhməramlıları

    9 İyul 2026 22:03

    BMT-də Vaşinqtonun İrana qarşı əməliyyatları müzakirə edildi

    9 İyul 2026 19:56

    Rasim Abdulla-İraqın ‘İnkişaf yolu’ layihəsi Azərbaycan dəhlizləri ilə birləşir

    9 İyul 2026 15:21

    BMT komissiyası İsraildən Qəzza xəstəxanasının direktorunu azad etməyi tələb edib

    8 İyul 2026 19:24

    Səudiyyə Ərəbistanı xarici investisiya cəlbində 13-cü yerə yüksəlib

    7 İyul 2026 22:19

    Sülhməramlıların Livanda hərəkət azadlığına məhdudiyyətlər qoyulur

    1 İyul 2026 21:41
    XƏBƏR LENTİ

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.