Baş xəbər

Suriyada köhnə milli valyutanın yenisi ilə əvəzlənməsi prosesi iyulun 30-da başa çatır. İyulun 31-dən etibarən köhnə əskinaslar hüquqi ödəniş vasitəsi statusunu itirəcək və gündəlik maliyyə əməliyyatlarında istifadə oluna bilməyəcək. Yeni qaydalara əsasən, bu tarixdən sonra köhnə əskinasların dəyişdirilməsi yalnız Dəməşqdə yerləşən Suriya Mərkəzi Bankı vasitəsilə mümkün olacaq. Bunun üçün vətəndaşlar bank hesabı açmalı, şəxsiyyətlərini təsdiq etməli və təqdim etdikləri əskinaslar yoxlamadan keçirilməlidir.

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib. Dövlət başçısı bunu Azərbaycan mədəniyyəti üçün ağır itki adlandırıb. Paylaşımda şairin zəngin yaradıcılığı, elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, Nəriman Həsənzadə milli ədəbiyyata dəyərli töhfələr verib və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Prezident onun xidmətlərinin ali dövlət mükafatları ilə qiymətləndirildiyini xatırladıb. Paylaşım "Allah rəhmət eləsin!" sözləri ilə yekunlaşıb.

SpaceX ilk maliyyə hesabatı konfransı öncəsi investorların suallarını toplayıb. Ən populyar suallar arasında Starship layihəsi, Ay missiyası və yeni maskot Asteroid yer alıb. Bəzi investorlar raketin çəhrayı rəngə boyanmasını belə təklif ediblər. Maliyyə məsələlərinə maraq isə gözlənildiyindən daha az olub. SpaceX ilkin səhm yerləşdirməsi zamanı səhmlərinin 30 faizini fərdi investorlara ayırıb. Şirkətin maliyyə hesabatının İlon Maskın iştirakı ilə təqdim olunacağı gözlənilir. İnvestorlar həm texniki yeniliklərə, həm də gələcək kosmik layihələrə böyük maraq göstərirlər.

Türkiyə ilə İraq arasında xam neft boru kəmərinin daha səmərəli istifadəsinə dair bir illik saziş imzalanıb. Razılaşma çərçivəsində kəmərin gündəlik 750 min barel daşıma gücü üzrə yeni tutum tənzimləməsi tətbiq olunacaq. Alparslan Bayraktar bildirib ki, imzalanan saziş Türkiyə ilə İraq arasında enerji əməkdaşlığının inkişafına və mövcud neft infrastrukturunun daha səmərəli istifadəsinə töhfə verəcək.

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi ABŞ ilə əməkdaşlıq edən region ölkələrinə sərt xəbərdarlıq edib. İranlı general region ölkələrini ABŞ ilə əməkdaşlığa yenidən baxmağa çağıraraq bildirib ki, Vaşinqtonun tərəfini tutan və ona müdafiə qalxanı olan istənilən dövlət müharibənin nəticələri ilə üzləşəcək

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir. Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

"Biz anlayırıq ki, hər iki tərəfin kifayət qədər aydın "qırmızı xətləri" var. Bu xətləri müəyyən qədər yaxınlaşdıra bilməsək, istədiyimiz nəticəyə nail ola bilməyəcəyik. Lakin biz bunun üçün işləməyə hazırıq" - deyə Rubio bildirib. ABŞ Prezidenti Donald Tramp isə iyulun sonunda Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu bildirib və Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara getməyə çağırıb

Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd qrupunda iştirak edən və qırmızı bülletenlə axtarılan FETÖ üzvü B.K. Afyonkarahisarda keçirilən əməliyyat zamanı saxlanılıb. Onun 37 nəfərlik qrupun azadlıqda qalan son üzvü olduğu bildirilib. Bildirilib ki, saxlanılan şəxs 15 iyul çevriliş cəhdi zamanı Marmarisdə Prezident Ərdoğanın qaldığı otelə hücum edən 37 nəfərlik qrupun uzun müddət azadlıqda qalan son üzvü olub.

İraq bazarlarında ərzaq və istehlak mallarının qiymətlərində nəzərəçarpacaq artım qeydə alınıb. Bahalaşma fonunda həm sahibkarlar, həm də vətəndaşlar alıcılıq qabiliyyətinin azalmasından və satışların zəifləməsindən şikayət edirlər. Yerli satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbləri nəqliyyat xərclərinin yüksəlməsi, idxal olunan bəzi məhsullara tətbiq edilən əlavə rüsumlar və qlobal tədarük zəncirində yaranan problemlərdir.

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən Miramar Dəniz Piyadaları Hərbi Hava Stansiyasına məxsus F-35B qırıcı təyyarəsi qəzaya uğrayıb. ABŞ Dəniz Piyadaları Korpusunun yaydığı məlumata görə, Üçüncü Dəniz Piyadaları Aviasiya Qanadının tərkibində xidmət edən F-35B təyyarəsi bazanın ərazisində boş sahəyə düşüb. Qəza nəticəsində hadisə yerində yanğın baş verib.

ABŞ Prezidenti Donald Tramp İranın ağır zərbələr aldığını iddia edib. O bildirib ki, İranın hərbi-dəniz qüvvələri, hərbi hava qüvvələri və hava hücumundan müdafiə imkanları ciddi şəkildə zəifləyib. Tramp İranın müəyyən hərbi imkanlarının qaldığını, lakin onların məhdud olduğunu deyib. ABŞ Prezidenti Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bir daha vurğulayıb. O, nüvə silahının Yaxın Şərq üçün ciddi təhlükə yaradacağını bildirib. Açıqlama Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclası zamanı səsləndirilib. İran tərəfi hələlik Trampın iddialarına münasibət bildirməyib.