ABŞ-ın Massaçusets dairə hakimi Brayan Mörfi (Brian Murphy), Prezident Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantları vətəndaşı olmadıqları üçüncü ölkələrə deportasiya etmək siyasətinin hüquqa zidd olduğuna qərar verib. "The Washington Post" qəzetinin məlumatına görə, hakim Mörfi administrasiyanın bu tətbiqini "qanunsuz" adlandırıb. O, qərarında qeyd edib ki, miqrantlara deportasiya qərarlarına qanuni yollarla etiraz etmələri üçün daha çox vaxt verilməlidir. Hakim, həmçinin hökumətə bu qərardan apellyasiya şikayəti vermək üçün 15 gün vaxt tanıyıb.
Axtarış nəticələri "Donald Tramp" (3350)
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə müharibənin dayandırılması istiqamətində davam edən səyləri müzakirə etdiklərini bildirib. Zelenski sosial media hesabındakı paylaşımında Tramp ilə telefon danışığı apardığını qeyd edib. Telefon danışığında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyini vurğulayan Zelenski, Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşəcəklərini xatırladıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampı ünvanına sərt ittihamlar səsləndirərək onu "yalanı təkrarlamaqda" günahlandırıb. İsmayıl Bəqayi "X" sosial media hesabı vasitəsilə etdiyi açıqlamada Donald Trampın ABŞ Konqresindəki çıxışı zamanı İran haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Trampın iddialarını kəskin tənqid edərək, bu cür bəyanatların saxta reallıq yaratmaq məqsədi daşıdığını qeyd edib.
ABŞ Prezidenti Donald Tramp Konqresdəki ənənəvi "Birliyin vəziyyəti" müraciəti zamanı xarici siyasət, xüsusilə İran və Qəzza məsələlərinə toxunaraq mühüm açıqlamalar verib. Prezident Donald Tramp ikinci prezidentlik dövrünün ilk ilini dəyərləndirərkən İranın ABŞ-a çata biləcək raketlər inkişaf etdirməyə çalışdığını iddia edib. O, bu problemin həllində diplomatiyaya üstünlük verdiyini, lakin Tehranın nüvə silahı əldə etməsinə heç bir halda yol verməyəcəyini vurğulayıb.
İranın Xarici İşlər naziri Abbas Araqçi ABŞ ilə bu həftə keçiriləcək mühüm danışıqlar öncəsi nüvə sazişinin əldə olunmasının mümkünlüyünü bəyan edib. Nazir vurğulayıb ki, diplomatiyaya üstünlük verilərsə, tərəflər arasında "tarixi saziş" imzalana bilər. Abbas Araqçi "X" sosial şəbəkəsindəki paylaşımında qarşılıqlı narahatlıqları aradan qaldıran və maraqları təmin edən bir razılaşmanın "əlçatan" olduğunu bildirib.
Dünyanın ən böyük hərbi gəmisi olan "USS Gerald R. Ford" aviadaşıyıcısı Krit adasındakı Souda körfəzi bazasına çatıb. Gəmi ABŞ-ın Yaxın Şərqdəki hərbi gücünü artırmaq məqsədilə bölgəyə göndərilən genişmiqyaslı donanmaya qoşulmağa hazırlaşır. Hazırda ABŞ-ın Yaxın Şərqdə 10-dan çox döyüş gəmisi, o cümədən "USS Abraham Lincoln" aviadaşıyıcısı, 9 esmines və 3 sahil döyüş gəmisi var. Regionda eyni vaxtda iki nəhəng aviadaşıyıcının olması nadir hadisə hesab olunur. Sonuncu dəfə ötən ilin iyun ayında, İsrail-İran müharibəsi zamanı ABŞ bölgədə iki aviadaşıyıcı yerləşdirərək İranın üç nüvə obyektini bombalamışdı.
Hökumət sözçüsü Fatimə Mühacirani həftə sonundan bəri İran universitetlərində yenidən alovlanan etirazlara ilk rəsmi reaksiyasını verib. O, tələbələrin etiraz etmək hüququnun olduğunu qəbul etsə də, "qırmızı xətlərin" keçilməməsi barədə xəbərdarlıq edib: "Müqəddəs dəyərlər və dövlət bayrağı qorumalı olduğumuz qırmızı xətlərdir. Hətta qəzəbin ən yüksək nöqtəsində belə onlardan kənara çıxmaq olmaz".
ABŞ-ın Müdafiə naziri Pit Heqset, Kolorado ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən İranla davam edən nüvə müzakirələrinə toxunub. Heqset vurğulayıb ki, Tehran rəhbərliyi gecikmədən bir razılaşmaya imza atmalıdır. O, Prezident Donald Trampın diplomatik həlli üstün tutduğunu, lakin danışıqlar uğursuz olarsa, masada hərbi müdaxilə də daxil olmaqla bütün seçimlərin olduğunu bildirib.
Vaşinqtonun bu gözlənilməz addımı Danimarka və Qrenlandiya rəsmiləri tərəfindən sərt və kinayəli reaksiya ilə qarşılanıb. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen hökumətin bu təşəbbüsdən diplomatik kanallar vasitəsilə deyil, yalnız Trampın sosial media paylaşımları vasitəsilə xəbər tutduğunu bildirib.
İran rəhbərliyi bəyan edib ki, ABŞ-nin ölkəyə qarşı planlaşdırdığı hər hansı hərbi hücum, o cümlədən məhdud miqyaslı zərbələr birbaşa təcavüz aktı kimi qiymətləndiriləcək və sərt cavab tədbirləri ilə nəticələnəcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai Tehranda keçirilən brifinqdə "məhdud zərbə" anlayışını qəbul etmədiklərini bildirib.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen, ABŞ Prezidenti Donald Trampın adaya tibbi yardım məqsədilə xəstəxana gəmisi göndərmək təklifinə sərt reaksiya verib. Nilsen, Trampın sosial mediada təsadüfi paylaşımlar etmək əvəzinə, rəsmi kanallar vasitəsilə birbaşa dialoqa keçməli olduğunu bildirib. Baş nazir Trampın "Truth Social" hesabından etdiyi təklifə qısa və kəskin cavab verib: "Bizdən bir 'xeyr' cavabı gəldi."
Hazırkı mərhələ bir çox ölkələr, o cümlədən ərəb dövlətləri üçün dünya siyasətində həlledici dönüş nöqtəsidir. Beynəlxalq sistemin strukturunda baş verən sürətli dəyişikliklər, çoxtərəfli institutların legitimliyinin aşınması, millətçilik və proteksionizm meyllərinin artması bir dövrün bitdiyini və cizgiləri hələ tam bəlli olmayan yeni bir dövrün başladığını göstərir.
Mayk Hakabi ABŞ-ın siyasi və media mkanında ən nüfuzlu şəxsiyyətlərdən biri olan amerikalı siyasətçidir. O, bir sıra məsələlərdə, xüsusən də İsrail ilə münasibətlərdə tutduğu sərt mövqeyi ilə tanınır. Hakabi İsrailin Nil vadisindən Fərat çayına qədər olan ərazilərdə "incil haqqı" olduğunu müdafiə edir və ABŞ səfirliyinin Qüdsə köçürülməsinin ən böyük tərəfdarlarından biridir.
İordaniya Haşimi Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya Respublikası, Pakistan İslam Respublikası, Bəhreyn Krallığı, Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Suriya Ərəb Respublikası, Oman Sultanlığı, Fələstin Dövləti, Qətər Dövləti, Küveyt Dövləti, Livan Respublikası və Misir Ərəb Respublikasının Xarici İşlər Nazirlikləri, habelə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) katiblikləri ABŞ-ın İsraildəki səfirinin bəyanatlarını kəskin şəkildə pisləyən müştərək bəyanat yayıblar.
ABŞ Prezidenti Donald Tramp, Yüksək Məhkəmənin əvvəlki gömrük tariflərini ləğv etməsindən cəmi bir gün sonra bütün dünya ölkələrinə tətbiq edilən qlobal gömrük rüsumunun dərəcəsini 15 faizə qaldırdığını elan edib. Tramp bu qərarı 1974-cü il Ticarət Qanununun 122-ci bölməsinə əsaslanaraq qəbul edib. Cümə günü imzalanan ilkin qərarda rüsumun 10 faiz olacağı bildirilsə də, şənbə günü Ağ Ev rəhbəri bu rəqəmi qanunla icazə verilən maksimum həddə — 15 faizə yüksəltdiyini bəyan edib.
ABŞ və Avropa arasındakı münasibətlər ortaq dəyərlərdən daha çox qarşılıqlı asılılığa əsaslanan mürəkkəb bir mərhələyə qədəm qoyur. Münhen Təhlükəsizlik Konfransında səsləndirilən bəyanatlar köhnə qitə ilə Vaşinqton arasındakı strateji uçurumun artıq gizlədilə bilməyəcək dərəcədə böyüdüyünü nümayiş etdirir. Xüsusilə ABŞ-ın xarici işlər naziri Marko Rubionun diplomatik, lakin sərt mesajları Donald Tramp administrasiyasının Avropaya münasibətdə "milli maraqlar hər şeydən üstündür" prinsipini sadiq qaldığını təsdiqləyir.
Serbiya və İsveç rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramına qarşı hərbi zərbə endirilməsi ehtimalını nəzərdən keçirdiyini bəyan etməsindən sonra öz vətəndaşlarına müraciət edərək bu ölkəni dərhal tərk etməyə çağırıb. Serbiya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar ölkə vətəndaşlarına yaxın gələcəkdə İrana səfər etməməyi və hazırda orada olan şəxslərə mümkün qədər tez ölkədən çıxmağı tövsiyə edib. Oxşar çağırışla çıxış edən İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard da sosial şəbəkə hesabı vasitəsilə İsveç vətəndaşlarını təcili şəkildə İranı tərk etməyə səsləyib.
ABŞ administrasiyası 14 ildən sonra Suriyada diplomatik fəaliyyətini bərpa etməyə hazırlaşır. Fevralın 10-da göndərilən rəsmi bildirişdə planlaşdırma xərclərinin 15 gün ərzində başlanacağı göstərilsə də, səfirliyin nə vaxt tam fəaliyyətə başlayacağı və ABŞ diplomatlarının Dəməşqə daimi qayıdışının konkret vaxtı açıqlanmayıb.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılmış ilk addımlar artıq indidən regional əlaqəliliyin yaxşılaşmasına gətirib çıxarıb.
ABŞ ordusu Qətərin paytaxtı Doha yaxınlığında yerləşən El-Udeyd Hava Bazasından yüzlərlə amerikalı hərbçini təxliyə edib. Nəşrin ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadla bildirdiyinə görə, təxliyə prosesi mərhələli şəkildə həyata keçirilib. Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının yerləşdiyi Bəhreyndəki bazalardan da müəyyən sayda şəxsi heyətin çıxarıldığı qeyd olunur.
"Financial Times" qəzeti illik icmalında yazır ki, 2026-cı il İkinci Dünya Müharibəsindən bəri ən böyük qeyri-müəyyənliklə başlayır və "orta güclər" gələcək mərhələdə qlobal nizamın möhkəmlənməsində və ya sarsılmasında həlledici amil ola bilər. Hesabata görə, Pakistan gözlənilmədən ABŞ-ın "Donro doktrinası" (Donro Doctrine) hegemonluğunun indiyədək ən böyük qalibi kimi qeyd olunub. Pakistan Ağ Evə edilən səfərlərdən tutmuş Qəzza sülh planına qədər Donald Trampın yaxın ətrafında özünə ön sıralarda yer qazanmağı bacarıb.
Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulması bir neçə strateji amillə izah olunur. Analitik bildirib ki, ilk növbədə Azərbaycanla ABŞ arasında son dövrlərdə formalaşan strateji tərəfdaşlıq münasibətləri bu qərarın əsas səbəblərindəndir. Onun sözlərinə görə, ötən ilin avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh sazişinin paraflanması, bu ilin fevralında isə ABŞ vitse-prezidenti Cey di Vensin Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
Qəzzanın gələcəyi ilə bağlı müzakirələr İsrailin “təcavüzünün” tam dayandırılması ilə başlamalıdır. Bu barədə Fələstin hərəkatı HƏMAS ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının ilk iclasından sonra bəyan edib. “Qəzza zolağı və Fələstin xalqımızın gələcəyi ilə bağlı müzakirə olunan hər hansı siyasi proses və ya razılaşma İsrailin təcavüzünün tam dayandırılması, blokadanın aradan qaldırılması və xalqımızın qanuni milli hüquqlarının – ilk növbədə azadlıq və öz müqəddəratını təyin etmə hüququnun təmin olunması ilə başlamalıdır.”- HƏMAS cümə axşamı yaydığı açıqlamada qeyd edib.
ABŞ Prezidenti Donald Tramp Venesueladan aldıqları 50 milyon barel neftin Texas ştatının Hyuston şəhərinə doğru yola salındığını bildirib. Tramp Venesueladan alınan 50 milyon barel neftin artıq daşınmağa başladığını açıqlayıb. Corciya ştatında keçirilən tədbirdə çıxış edən Tramp iqtisadi gündəmlə bağlı fikirlərini bölüşüb.