Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    ABŞ məhkəməsi miqrantların üçüncü ölkələrə deportasiya edilməsini qanunsuz hesab edib

    26 Fevral 2026 12:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ məhkəməsi miqrantların üçüncü ölkələrə deportasiya edilməsini qanunsuz hesab edib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Nailə Babazadə

    ABŞ-ın Massaçusets dairə hakimi Brayan Mörfi (Brian Murphy), Prezident Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantları vətəndaşı olmadıqları üçüncü ölkələrə deportasiya etmək siyasətinin hüquqa zidd olduğuna qərar verib.

    VOA xəbər verir ki, "The Washington Post" qəzetinin məlumatına görə, hakim Mörfi administrasiyanın bu tətbiqini "qanunsuz" adlandırıb. O, qərarında qeyd edib ki, miqrantlara deportasiya qərarlarına qanuni yollarla etiraz etmələri üçün daha çox vaxt verilməlidir. Hakim, həmçinin hökumətə bu qərardan apellyasiya şikayəti vermək üçün 15 gün vaxt tanıyıb.

    ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) məhkəmənin qərarına dərhal reaksiya verib. Nazirliyin bəyanatında bildirilir:

    "DHS-ə öz qanuni səlahiyyətlərindən istifadə etməyə və qeyri-qanuni miqrantları onları qəbul etməyə hazır olan istənilən ölkəyə deportasiya etməyə icazə verilməlidir." - deyə nazirliyin bəyanatında bildirilib.

    ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin 13 fevral tarixli hesabatında diqqətçəkən rəqəmlər yer alıb. Hesabata görə, Tramp administrasiyası 2025-ci il ərzində yüzlərlə miqrantı vətəndaşı olmadıqları üçüncü ölkələrə göndərmək üçün 40 milyon dollardan çox vəsait xərcləyib.

    #Donald Tramp #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Trampın Avropa siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    Yerdənkənar həyatın kəşfi Tramp irsini ədəbiləşdirə bilər - Avi Loeb

    28 Avqust 2026 12:40

    ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?

    28 Avqust 2026 10:41

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    27 Avqust 2026 22:17

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    CIA rəhbərinin Moskva səfərinin əsl məqsədi nə idi? ABŞ Rusiyaya xəbərdarlıq edib

    27 Avqust 2026 16:25

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    27 Avqust 2026 12:37

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    26 Avqust 2026 21:58

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31
    XƏBƏR LENTİ

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb

    Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    Pakistan və Küveyt yeni müdafiə sazişi imzalayıb

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.