1901-ci ildə Almaniya imperatoru II Vilhelm Çindəki “Boxçular üsyanı”nın yaratdığı böhran fonunda gözlənilməz addım ataraq Osmanlı sultanı II Əbdülhəmidə müraciət etdi. Kayzer müsəlmanların üsyana daha geniş şəkildə qoşulmasının qarşısını almaq üçün xəlifənin dini nüfuzundan istifadə etməsini istəyirdi.
Hərb tarixi: Döyüş xronikası
Yaponiyanın keçmiş imperatoru Hirohitonun hakimiyyəti ölkənin hərbi yüksəlişi, İkinci Dünya müharibəsində iştirakı və müharibədən sonra ABŞ işğalı altında siyasi sistemin dəyişdirilməsi ilə yadda qalıb. Hirohito 1945-ci il avqustun 15-də radio vasitəsilə Yaponiyanın təslim olduğunu elan edib. Sentyabrın 2-də isə Yaponiya təslim sənədini ABŞ-ın “USS Missouri” gəmisində rəsmən imzalayıb.
İkinci Dünya müharibəsi Avropada başlayan hərbi qarşıdurma kimi görünsə də, qısa müddətdə Afrika, Asiya və Yaxın Şərqi əhatə edən qlobal müharibəyə çevrildi. Şimali Afrika isə Aralıq dənizinə nəzarət, Süveyş kanalının təhlükəsizliyi və Yaxın Şərqin neft ehtiyatlarına çıxış baxımından müharibənin əsas cəbhələrindən birinə çevrildi.
Osmanlı ordusunun özəyini təşkil edən qapıqulu əsgərlərinin ən güclü iki qolunu – yeniçərilər və sipahilər təşkil edirdi. Sipahilər hərçənd rütbə baxımından önəmli mövqe daşısalar da, yeniçərilər daha çox göz önündə və saraya yaxın idilər. Bu iki güc mərkəzinin arasında getdikcə artan gərginlik, yalnız fərdi qarşıdurmalara deyil, Osmanlı dövlətinin daxili güc balansına da ciddi təsir göstərdi.
Qərbi Roma imperiyasının süqutundan sonra dünyanın həqiqətən də elm, mədəniyyət və tərəqqidən məhrum qaranlıq dövrə qədəm qoyduğu barədə təsəvvür əsrlər boyu Qərb tarixşünaslığının əsas narrativlərindən biri olub. Lakin müasir tədqiqatlar göstərir ki, “Qaranlıq əsrlər” anlayışı bütün bəşəriyyət tarixini deyil, əsasən Avropanın müəyyən dövrdə yaşadığı siyasi və sosial tənəzzülü ifadə edir.
Albaniya 1944–1985-ci illərdə ölkəyə rəhbərlik etmiş kommunist lider Ənvər Xocanın hakimiyyəti dövründə dünyanın ən qapalı və sərt totalitar rejimlərindən birinə çevrildi. Marksizm-leninizm və stalinizm ideologiyasına sadiqliyi ilə tanınan Xocanın idarəçiliyi ölkədə dini həyatın tamamilə məhdudlaşdırılması, siyasi repressiyalar və xarici dünyadan təcrid siyasəti ilə yadda qaldı.
İldırım Bəyazid əsir düşəndə əvvəlcə Teymur tərəfindən yaxşı qarşılandı. Lakin oğlu Çələbi Mehmed onu qaçırmağa cəhd etdikdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və İldırım dəmir qəfəsə salınıb. Dəmir qəfəs məsələsi tarixçilər arasında mübahisə mövzusu olub. Bu məsələnin müzakirəyə çıxarılmasına səbəb dövrün Teymuri, Osmanlı və ərəb tarixçilərinin verdikləri məlumatlar arasındakı fərqlərdir.
Misirdə aşkar edilmiş ərəbdilli islam papirusları ölkənin İslam fəthindən sonrakı ilk onilliklərdə formalaşan idarəçilik sistemi, iqtisadi münasibətlər və ictimai həyat barədə mühüm məlumatlar təqdim edir. Bu sənədlər müsəlmanların Misirdə yerli inzibati ənənələrdən istifadə etdiyini, papirusun isə uzun müddət rəsmi yazışmalar və sənədləşmə üçün əsas material olaraq qaldığını göstərir.
NATO-nun baş katibi alyansın ən yüksək siyasi və inzibati vəzifəli şəxsi hesab olunur. Baş katib təşkilatın əsas qərar qəbuletmə orqanlarına sədrlik edir, üzv dövlətlər arasında siyasi əlaqələndirməni həyata keçirir, beynəlxalq katibliyin fəaliyyətinə rəhbərlik edir və alyansın əsas nümayəndəsi kimi çıxış edir. NATO ölkələri ilk baş katibi 4 aprel 1952-ci ildə seçiblər. Həmin vaxtdan etibarən alyansa ümumilikdə 14 baş katib rəhbərlik edib. Bu müddətdə baş katiblər səkkiz müxtəlif ölkəni təmsil ediblər. Onlardan üçü Böyük Britaniyadan, üçü Niderlanddan, ikisi Belçikadan, hərəyə biri isə İtaliya, Almaniya, İspaniya, Danimarka və Norveçdən olub. Baş katiblər arasında keçid dövrlərində isə üç dəfə vəzifə müvəqqəti icraçı baş katiblər tərəfindən yerinə yetirilib.
Görkəmli tarixçi Xəlil İnalcık, II Məhəmmədi imperiyanın həqiqi qurucusu kimi qəbul edir və Fatehin İstanbulu fəth etməsi ilə birlikdə Fətrət dövrünün real mənada başa çatdırıldığını bildirir. Bu dövrdə boğazlarda Osmanlı mütləq hakimiyyəti qurulmuş, Balkanlarda sərhədlər Dunay çayına qədər genişləndirilmiş və buralardakı torpaqların tam təhlükəsizliyi təmin edilmişdir. Beləliklə, Anadolu və Rumelidəki Osmanlı torpaqları bir-biri ilə birləşdirilmişdir. Ağqoyunlu hökmdarı Uzun Həsən təhlükəsinin tamamilə ortadan qaldırılması, osmanlıların həm Teymur dövründən etibarən düşdükləri "şərqdən gələcək təhlükə sindromu"ndan qurtulmalarını, həm də digər kiçik bəyliklərin ondan alacağı mənfi hərbi dəstəyin qarşısını kəsərək, Anadolu torpaqlarında mütləq hakimiyyətin bərqərar olmasını sığortalamışdır. Krımın və Qara dəniz sahillərinin Osmanlı İmperiyasına daxil edilməsi ilə birlikdə, Qara dəniz hövzəsində rəsmi mütləq üstünlük qurulmuşdur.
Sultan I Muradın Kosovoda vəfat etməsindən sonra Anadoluda Osmanlıya tabe olan bəyliklər fürsətdən istifadə edərək dərhal hərəkətə keçdilər. Germiyanoğlu II Yaqub bəy daha əvvəl atası tərəfindən Osmanlıya verilən torpaqları geri aldı, Qara tatarların başçısı Mürüvvət bəy Kırşehri tutaraq Kadı Bürhanəddinə verdi. Səlcuq türklərinin varisləri olduqlarını iddia edən və digər bəyliklərin də onlara tabe olmasını istəyən Qaramanoğulları bu dəfə üsyana başçılıq etdilər. Qaramanoğlu Əlaəddin Ali bəy Beyşehiri alaraq Göllər Bölgəsini işğal etməklə yanaşı, Əskişəhərə qədər Osmanlı torpaqlarına hücum etdi.
MİLGEM ixracatı, yalnız müdafiə sənayesinin dövriyyəsinə daxil edilən adi müqavilələr deyil; bu layihələr Türkiyənin dəniz gücü diplomatiyası, müttəfiqlik əlaqələri və yüksək texnologiya ixracı baxımından yeni bir strateji alət qazandığının əyani göstəricisidir. 1980-ci illərə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı İkinci Dünya Müharibəsi dövründə inşa edilmiş və ABŞ-dan ikinci əl olaraq alınmış döyüş gəmiləri ilə təchiz olunmuşdu. Lakin 1970-ci illərdə "Berk" və "Peyk" freqatlarının inşası ilə hərbi gəmi dizaynı və tikintisi sahəsində ilk yerli addımlar atıldı.