Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Azərbaycanın Sülh Şurasında iştirakı strateji zərurətdir - Elxan Şahinoğlu (ÖZƏL)

    20 Fevral 2026 15:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanın Sülh Şurasında iştirakı strateji zərurətdir - Elxan Şahinoğlu (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulması bir neçə strateji amillə izah olunur.

    Bu barədə siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu VOA-ya eksklüziv müsahibəsində deyib.

    Analitik bildirib ki, ilk növbədə Azərbaycanla ABŞ arasında son dövrlərdə formalaşan strateji tərəfdaşlıq münasibətləri bu qərarın əsas səbəblərindəndir. Onun sözlərinə görə, ötən ilin avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh sazişinin paraflanması, bu ilin fevralında isə ABŞ vitse-prezidenti Cey di Vensin Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

    “Elə bu reallıq fonunda Azərbaycan Trampın təsis etdiyi Sülh Şurasından kənarda qala bilməzdi. Üstəlik, Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının da Şuraya üzv olması Bakının qərarına təsir edən amillərdəndir. Ermənistanın da üzvlüyə müsbət cavab verməsi Azərbaycanın Vaşinqtona mənfi cavab vermək imkanını daraldırdı” – deyə o vurğulayıb.

    Şahinoğlu qeyd edib ki, ikinci mühüm amil Yaxın Şərq kontekstidir. Onun sözlərinə görə, Donald Tramp ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Prezident İlham Əliyevi dəvət etməklə Azərbaycanın bölgədəki sülh prosesində iştirakını arzuladığını nümayiş etdirib.

    “Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməsi nəzərdə tutulmasa da, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib. Bu prosesə ABŞ nəzarət edəcəksə və iştirak üçün Sülh Şurasının üzvlüyü tələb olunursa, Azərbaycanın bu platformada təmsilçiliyi məntiqli addımdır. Rəsmi Bakı İsrail və Fələstinlə paralel diplomatik münasibətləri qoruyaraq balans siyasətini davam etdirmək niyyətindədir” – analitik bildirib.

    Üçüncü səbəb kimi isə Şahinoğlu Sülh Şurasının gələcək perspektivlərini göstərib. Onun sözlərinə görə, Donald Tramp və administrasiyası bu platformanı uzunmüddətli perspektivdə daha güclü beynəlxalq təşkilata çevirməyi hədəfləyir.

    “Azərbaycan supergüc statusuna malik ABŞ-ın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq prosesindən kənarda qala bilməz. Bu, həm geosiyasi, həm də strateji baxımdan düzgün seçimdir” – deyə analitik əlavə edib.

    AZ: Azərbaycan Sülh Şurası Elxan Şahinoğlu ABŞ strateji tərəfdaşlıq təhlükəsizlik TR: Azerbaycan Barış Konseyi Elhan Şahinoğlu ABD stratejik ortaklık EN: Azerbaijan Peace Council Elxan Shahinoglu US strategic partnership RU: Азербайджан Совет мира Шахиноглу стратегическое партнерство США AR: أذربيجان مجلس السلام شاحين أوغلو شراكة استراتيجية FA: آذربایجان شورای صلح شهاب‌اوغلو مشارکت استراتژیک DE: Aserbaidschan Friedensrat strategische Partnerschaft USA FR: Azerbaïdjan Conseil de paix partenariat stratégique USA ES: Azerbaiyán Consejo de Paz asociación estratégica EEUU IT: Azerbaigian Consiglio di Pace partenariato strategico USA PT: Azerbaijão Conselho de Paz parceria estratégica EUA ZH: 阿塞拜疆 和平 委员会 战略 伙伴 关系 JA: アゼルバイジャン 平和評議会 戦略的パートナーシップ KO: 아제르바이잔 평화위원회 전략적 파트너십 KZ: Әзербайжан Бейбітшілік кеңесі стратегиялық серіктестік UZ: Ozarbayjon Tinchlik kengashi strategik hamkorlik

    #Azərbaycanın Sülh Şurasına qoşulmasının səbəbləri #Elxan Şahinoğlunun eksklüziv açıqlaması #ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyası #Qəzzanın yenidən qurulmasında Azərbaycanın rolu #Yaxın Şərq sülh prosesində Bakının mövqeyi #Tramp administrasiyasının təhlükəsizlik planları #Azərbaycanın balanslaşdırılmış xarici siyasəti #Ermənistanın Sülh Şurasında iştirakı #Vaşinqton-Bakı münasibətlərinin yeni mərhələsi #Qlobal təhlükəsizlik arxitekturasının formalaşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq ABŞ və İran arasında necə siyasət yürüdür?

    31 İyul 2026 09:00

    Almaniya gəncləri yenidən kazarmaya çağırır - Məcburi hərbi xidmət niyə narahatlıq yaradıb?

    31 İyul 2026 06:00

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    30 İyul 2026 14:21

    Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu

    30 İyul 2026 14:06

    Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

    30 İyul 2026 13:36

    Avropanın xristian irsi və İslamın artan görünürlüğü: əsas problem nədir?

    30 İyul 2026 09:00

    Afrika Buynuzunda yeni dinamika - Somali sabitlik və inkişaf üçün mübarizə aparır

    30 İyul 2026 06:00

    Şəraanın regional mesajları: İsrail, Livan və İraqla bağlı açıqlamalar necə qiymətləndirilir?

    29 İyul 2026 09:00

    Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi?

    28 İyul 2026 18:10

    Qətəri nə qlobal sülh vasitəçisinə çevirdi? - Pulu yoxsa diplomatik əlaqələri?

    28 İyul 2026 09:00

    Türkiyə və Səudiyyə Ərəbistanı yeni ticarət dəhlizində önə çıxır – İsrail marşrutu zəifləyir

    27 İyul 2026 11:40

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    26 İyul 2026 18:56
    XƏBƏR LENTİ

    ABŞ Yaxın Şərq üzrə səyahət xəbərdarlığını yeniləyib

    İsrail ordusu Cənubi Livanda "Hizbullah" üzvlərinin öldürüldüyünü iddia edib

    Qəzza Səhiyyə Nazirliyi iyul ayı üzrə itkilərin statistikasını açıqlayıb

    Xarici tələbat BYD-nin satışlarını yüksəldib

    İranın gələcəyini İran xalqı müəyyən edəcək - Məsud Pezeşkian

    İsrail Qəzzada HƏMAS-a məxsus olduğu iddia edilən beş silah anbarını məhv etdiyini açıqlayıb

    Ölkə ən pis ssenarilərə hazırlaşır - Məhəmməd Rza Arif

    İsrail Cənubi Livandakı Nəbatiyyə əl-Fövqa qəsəbəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirib

    Todd Blanş təsdiqlənməsə də vəzifəsində qalacaq - Tramp

    SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.