Axtarış nəticələri "Donald Tramp" (3347)

ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronun şəxsi həyatı ilə bağlı işlətdiyi sarkastik ifadələr qlobal rəqəmsal platformalarda geniş reaksiyaya səbəb olub. Tramp Parisin xarici siyasətini tənqid edərkən Makronun ötən ilin mayında Vyetnam səfəri zamanı yaşadığı insidenti xatırladıb. Bu addım Qərb düşərgəsi daxilində gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Hörmüz boğazı böhranının konturlarının aydınlaşması ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı olan "Tşiuşi" (Həqiqət axtarışı) jurnalının mart ayının ortalarında Prezident Si Cinpinin dəniz iqtisadiyyatının inkişafı barədə məqaləsini dərc etməsi tamamilə təsadüfi deyil. Si Cinpin həmin məqalədə "güclü dəniz dövləti" quruculuğunun sürətləndirilməsinin zəruriliyini vurğulayıb ki, bu da Çinin dənizə münasibətdə strateji təfəkküründə artan əhəmiyyəti əks etdirən bir addımdır.

NATO-nun Baş katibi Mark Ruttenin gələn həftə Vaşinqtona rəsmi səfər edərək ABŞ Prezidenti Donald Tramp ilə bir araya gələcəyi bildirilib. "Wall Street Journal" (WSJ) qəzetinin Ağ Evdəki mənbələrə istinadən yaydığı xəbərə görə, bu kritik görüş transatlantik ittifaq daxilində ciddi fikir ayrılıqlarının yaşandığı bir dövrə təsadüf edir. NATO-nun sözçüsü Ellison Hart da səfər faktını təsdiqləyərək, Ruttenin Vaşinqton ziyarətinin əslində uzun müddətdir planlaşdırıldığını və gündəmdə olan mühüm təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyini vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və İsrail ordusu fevralın 28-dən başlayan genişmiqyaslı hərbi əməliyyatların 34-cü günündə İran daxilindəki hədəflərə endirilən zərbələrin statistikasını açıqlayıb. Verilən rəsmi məlumatlara görə, koalisiya qüvvələri indiyədək İranın hərbi və strateji infrastrukturuna aid 16 mindən çox obyekti hədəf alıb.

İranın Ali rəhbəri Müctəba Xameneinin baş müşaviri və ölkənin nüfuzlu siyasətçilərindən biri olan Əli Əkbər Vilayəti Hörmüz boğazının statusu ilə bağlı mühüm bəyanatla çıxış edib. Vilayəti "X" sosial platformasındakı rəsmi hesabında paylaşdığı mesajda strateji su yolunun gələcəyi barədə kəskin mövqe nümayiş etdirib. O bildirib ki, Hörmüz boğazı dünyaya açıq olsa da, "İran xalqının düşmənlərinə və onların regiondakı hərbi bazalarına hər zaman qapalı qalacaq". Bu açıqlama beynəlxalq enerji daşımaları üçün həyati əhəmiyyət kəsb edən su yolunda gərginliyin daha da artacağından xəbər verir.

İsrailin dövlət televiziyası KAN-ın adı açıqlanmayan yüksək rütbəli rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında aparılan danışıqlar müsbət nəticə vermir. Xəbərdə iddia olunur ki, Vaşinqton və Təl-Əviv yaxın günlərdə tətbiq ediləcək daha sərt hərbi və siyasi addımlar barədə tam koordinasiya şəraitində hərəkət edirlər. Diplomatik kanalların tıxanması tərəfləri regional gərginliyi artıra biləcək yeni əməliyyat planlarını nəzərdən keçirməyə vadar edib.

İranın kiçik Xark adası bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran arasında davam edən müharibənin gedişatı ilə bağlı Qərbdə aparılan müzakirələrin mərkəzində dayanır. Bir sıra Qərb qəzetlərinin bu adanı və onun əhəmiyyətini işıqlandırması göstərir ki, bura ABŞ-İran münaqişəsində həlledici nöqtələrdən birini təmsil edə bilər.

ABŞ Ali Məhkəməsi bu gün ölkə tarixində ən mühüm hüquqi məsələlərdən birini, yəni ABŞ ərazisində doğulan hər kəsə avtomatik vətəndaşlıq verilməsi prinsipini müzakirə edəcək. Prezident Donald Trampın 20 yanvar 2025-ci ildə imzaladığı və doğuşla qazanılan vətəndaşlıq hüququnu məhdudlaşdıran icra sərəncamı ölkənin 160 illik hüquqi ənənəsini sual altına qoyur.

ABŞ vitse-prezidenti Cey Di Vensin İranla atəşkəs əldə olunması və Hörmüz boğazının yenidən naviqasiya üçün açılması məqsədilə vasitəçilərlə intensiv danışıqlar apardığı məlum olub. Mənbələr bildirir ki, Prezident Donald Tramp vitse-prezident Vensə bu prosesdə geniş səlahiyyətlər verib. Vensin son olaraq Pakistan vasitəçiləri ilə görüşdüyü və Tehranın hərbi əməliyyatlarda fasilə istəyinə cavab olaraq ABŞ-ın şərtlərini çatdırdığı qeyd olunur. Pakistan hazırda Vaşinqton və Tehran arasında əsas kommunikasiya körpüsü rolunu oynayır.

ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı açıqlamaları Qərb müttəfiqləri arasında narahatlıq yaradıb. Buna cavab olaraq Böyük Britaniyanın baş naziri Kir Starmer NATO-nun müttəfiqlərin təhlükəsizliyini təmin edən əsas struktur olduğunu vurğulayıb və ölkəsinin bu cür münaqişələrə cəlb olunmayacağını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp NATO-nun İranla müharibədə Vaşinqtona dəstək verməməsi səbəbindən ölkəsinin Şimali Atlantika Alyansından çıxması məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. The Telegraph" qəzetinə müsahibə verən Tramp, müttəfiqlərini ABŞ və İsrailin apardığı hərbi əməliyyatlarda tək qoymaqda ittiham edib.

ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibənin iki-üç həftə ərzində başa çata biləcəyini və Tehranın bunun üçün mütləq yeni bir saziş imzalamasına ehtiyac olmadığını bəyan edib. Lakin İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsində Vaşinqtonla mesaj mübadiləsinin aparıldığını təsdiqləsə də, rəsmi Tehranın ABŞ-a etimadının "sıfır" olduğunu və hazırda heç bir real danışıqların getmədiyini bildirib. Diplomatik çıxılmaz vəziyyət fonunda ABŞ və İsrailin İranın daxili bölgələrinə, o cümlədən sənaye və mülki obyektlərinə zərbələri davam edir.

Böyük Britaniya kralı III Çarlzın ABŞ-a dövlət səfəri planlaşdırılır. ABŞ prezidenti Donald Tramp sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, kral III Çarlz və kraliça 27–30 aprel tarixlərində ABŞ-a rəsmi səfər edəcək. Məlumata görə, səfər çərçivəsində 28 aprel axşamı Ağ Evdə rəsmi qəbul mərasimi keçiriləcək.

ABŞ prezidenti Donald Tramp İranla bağlı gərginlik fonunda müttəfiqlərə sərt mesaj ünvanlayıb. O qeyd edib ki, Vaşinqton bu ölkələrə artıq dəstək verməyəcək. Bu bəyanat ABŞ-ın müttəfiqləri ilə enerji və təhlükəsizlik sahəsində münasibətlərində yeni gərginlik yarada biləcək mesaj kimi qiymətləndirilir.

Ağ Evin sözçüsü Karolin Livitt ABŞ və İsrailin İrana qarşı davam etdirdiyi hərbi əməliyyatların gedişatı barədə mühüm açıqlamalar verib. Sözçü bildirib ki, Tehran administrasiyası kamuoyuna verdiyi sərt bəyanatların əksinə, pərdəarxası danışıqlarda razılığa gəlmək üçün "getdikcə daha istəkli" görünür. Livittin sözlərinə görə, ABŞ ordusu hər keçən gün strateji üstünlüyünü artırır və İran rejiminin qalıqlarının bu dağıntıya son qoymaq üçün hələ şansları varken müzakirə masasına oturmaq istəməsi təəccüblü deyil. O vurğulayıb ki, Tehrandan gələn rəsmi ritorika ilə gizli danışıqlarda bizə ötürülən mesajlar arasında kəskin fərq var.

ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bəyan edib. Qeyd olunur ki, ABŞ rəhbərliyi boğazın açılması üçün genişmiqyaslı hərbi əməliyyatların 4–6 həftəlik planlaşdırılan müddətdən daha uzun çəkəcəyini hesab edir və bu səbəbdən alternativ variantlara üstünlük verir. Bununla yanaşı, Vaşinqton Avropa və Körfəz müttəfiqlərini prosesə cəlb etməyi nəzərdən keçirir.