BAKI,VOA, Fərid Mikayılov
ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı açıqlamaları Qərb müttəfiqləri arasında narahatlıq yaradıb.
VOA xəbər verir ki, Tramp NATO-nun İran müharibəsinə dəstək verməməsindən sonra alyansdan çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.
Buna cavab olaraq Böyük Britaniyanın baş naziri Kir Starmer NATO-nun müttəfiqlərin təhlükəsizliyini təmin edən əsas struktur olduğunu vurğulayıb və ölkəsinin bu cür münaqişələrə cəlb olunmayacağını bəyan edib.
Fransa rəsmiləri isə NATO-nun fəaliyyət sahəsinin Avropa və Atlantik təhlükəsizliyi ilə məhdud olduğunu bildirərək, Hörmüz boğazında hərbi əməliyyatların alyansın mandatına daxil olmadığını açıqlayıblar.