Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərinin strateji xarakter daşıdığını bildirərək, növbəti mərhələdə iki ölkə arasındakı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq addımların atılacağını açıqlayıb. Hürmüz boğazının qlobal iqtisadiyyat üçün həyati önəm daşıyan arteriyalardan biri olduğunu vurğulayan Ərdoğan, mövcud gərginliyin ən qısa zamanda başa çatmasını, boğazın yenidən beynəlxalq ticarətə təhlükəsiz, sabit və kəsintisiz xidmət göstərməsini arzuladıqlarını bildirib.
#Livan İsrail münaqişəsi
Livan mətbuatında Türkiyə və Livan prezidentlərinin görüşündə Hizbullahın ağır silahlarının İrana təhvil verilməsi ilə bağlı yeni formulun müzakirə edildiyi iddia olunub. Yerli KİV-in məlumatına görə, təklifə əsasən silahların Ankara və Tehran nəzarəti altında İrana verilməsi, bunun İsrail qüvvələrinin Livanın cənubundan tam çıxarılması ilə eyni vaxtda həyata keçirilməsi və ABŞ ilə digər tərəflərin yeni hücum olmayacağına zəmanət verməsi nəzərdə tutulur.