Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Qazaxıstan
    Qazaxıstan

    Qazaxıstan süni intellekt üzrə Mərkəzi Asiyanın lideridir

    25 Dekabr 2025 11:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qazaxıstan süni intellekt üzrə Mərkəzi Asiyanın lideridir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice,Fərid Mikayılov

    Qazaxıstan dövlət qurumlarının süni intellektdən (AI) istifadəyə hazırlığı üzrə Mərkəzi Asiyada lider mövqeyə yüksəlib və Oxford Insights tərəfindən açıqlanan Government AI Readiness Index 2025 reytinqində 195 ölkə arasında 60-cı yerə yüksəlib.

    AzerVoice xəbər verir ki, Qazaxıstan ötən illə müqayisədə 16 pillə irəliləyərək ən sürətli inkişaf göstərən dövlətlərdən biri olub. 2024-cü ildə Qazaxıstan bu reytinqdə 76-cı pillədə qərarlaşmışdı.

    Hesabatda dövlətlərin süni intellekti ictimai idarəetmə, iqtisadiyyat və sosial sahələrdə tətbiq etmək bacarığı, eyni zamanda təhlükəsiz, məsuliyyətli və dayanıqlı AI idarəçiliyi qiymətləndirilir.

    Qazaxıstan regionda ən yüksək göstəriciyə malik ölkə kimi institusional potensialın gücləndirilməsi, tənzimləyici çərçivələrin formalaşdırılması və AI texnologiyalarının real dövlət xidmətlərində tətbiqi sahəsində irəliləyiş nümayiş etdirib.

    Xüsusilə Dövlət sektorunda tətbiq kateqoriyasında Qazaxıstan 73,59 bal toplayaraq diqqət çəkib. Bu göstərici elektron hökumət platformalarının yetkinliyini, rəqəmsal dövlət xidmətlərinin geniş istifadəsini və proaktiv xidmət modelinə keçidi əks etdirir.

    Hesabatda ölkənin inkişaf etmiş rəqəmsal və telekommunikasiya infrastrukturu, yüksək internet əlçatanlığı və milli rəqəmsal platformalar AI həllərinin ölkə miqyasında tətbiqi üçün əsas üstünlük kimi qiymətləndirilib.

    Oxford Insights Qazaxıstanın siyasi və inzibati hazırlığını, strateji sənədləri, normativ bazanın inkişafını və dövlət səviyyəsində AI-yə davamlı diqqəti xüsusi vurğulayıb.

    Ekspertlərin fikrincə, növbəti mərhələdə Qazaxıstanın əsas hədəfləri süni intellektin kommersiyalaşdırılması, startap ekosisteminin gücləndirilməsi, özəl sektorun məlumat və maliyyə alətlərinə çıxışının genişləndirilməsi olacaq.

    #Qazaxıstan #Süni intellekt #Qazaxıstan süni intellekt strategiyası #Government AI Readiness Index #Oxford Insights hesabatı #Dövlət sektorunda AI tətbiqi #Rəqəmsal infrastruktur və AI #AI siyasəti və institusional potensial #Startap ekosistemi Qazaxıstan #AI kommersiyalaşdırılması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    27 Avqust 2026 20:27

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    26 Avqust 2026 21:48

    SpaceX Luizianada 100 milyard dollarlıq kosmik baza quracaq

    26 Avqust 2026 09:53

    Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?

    25 Avqust 2026 21:54

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    Qazaxıstanda Kurultaya seçkilərdə səsvermə başa çatıb

    23 Avqust 2026 19:59

    Kosmosda məlumat mərkəzləri quran “Starcloud”un dəyəri 2,3 milyard dollara çatıb

    21 Avqust 2026 20:03

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Tacikistan İrandan 2,55 milyon ton neft və yanacaq almaq istəyir

    20 Avqust 2026 18:12

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.