Qazaxıstan Respublikasında 2026-cı il rəsmi olaraq “Rəqəmsallaşma və Süni İntellekt İli” elan olunub. Fərmanda qeyd olunur ki, qərar ölkədə rəqəmsallaşmanın daha da sürətləndirilməsi və süni intellekt texnologiyalarının bütün sahələrdə geniş tətbiqinin təmin edilməsi məqsədi daşıyır. Sənədə əsasən, fərman imzalandığı gündən qüvvəyə minib.
#Qazaxıstan süni intellekt strategiyası
Qazaxıstan dövlət qurumlarının süni intellektdən (AI) istifadəyə hazırlığı üzrə Mərkəzi Asiyada lider mövqeyə yüksəlib və Oxford Insights tərəfindən açıqlanan Government AI Readiness Index 2025 reytinqində 195 ölkə arasında 60-cı yerə yüksəlib. Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin dekabrın 24-də yaydığı məlumata görə, ölkə ötən illə müqayisədə 16 pillə irəliləyərək ən sürətli inkişaf göstərən dövlətlərdən biri olub. 2024-cü ildə Qazaxıstan bu reytinqdə 76-cı pillədə qərarlaşmışdı.