Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam - Tramp

    19 Fevral 2026 19:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Onlar yaxşı insanlardırlar, amma çətindirlər. Düşünürəm ki, onlar dost olublar.

    AzerVoice-un məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan haqqında danışarkən söyləyib.

    ABŞ Prezidenti bildirib ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. “Sizə çox təşəkkür etmək istəyirəm. Bu, sizin və yeni dostunuzun etdiyi əla bir şey idi. ...Biz bunu təxminən 24 saat ərzində həll etdik və bu, yaxşı bir hissə oldu. Düşünürəm ki, onlar dostlaşıblar”, - deyə o əlavə edib.

    Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.

    2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə proqramını təqdim ediblər.

    Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olaraq "TRIPP Development Company" yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə layihənin ilkin olaraq 49 il müddətinə icrası hüququ veriləcək. İrəvan "TRIPP Development Company"nin səhmlərinin 74 faizini Vaşinqtona təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.

    #Azərbaycan #ABŞ #Ermənistan #Donald Tramp #Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    23 İyul 2026 18:24

    İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

    23 İyul 2026 18:12

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    23 İyul 2026 16:49

    Lavrovla səmimi və konstruktiv görüş keçirdik - Rubio

    23 İyul 2026 13:40

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    22 İyul 2026 22:00

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    22 İyul 2026 21:52

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    22 İyul 2026 21:49

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    22 İyul 2026 21:11

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    22 İyul 2026 20:58

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    22 İyul 2026 20:16

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    22 İyul 2026 20:12

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    22 İyul 2026 20:08
    XƏBƏR LENTİ

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

    Pakistanın Baş naziri husilərin Səudiyyə gəmilərinə hücumlarını pisləyib

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    Türkiyədə iş yeri satışları artıb – iyunda 16,5 mindən çox obyekt satılıb

    ABŞ-da əsl Toyota Land Cruiser-ə ən yaxın alternativ - Nissan Armada Pro-4X

    Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.