Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Aİ Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək qiymətləndirir

    9 Avqust 2025 11:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aİ Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək qiymətləndirir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaları yüksək qiymətləndirir.

    AzerVoicexəbər verir ki, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın bəyanatında deyilir.

    Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında Ağ Evdə əldə olunmuş razılaşmalar uzunillərin münaqişəsinə son qoyulması məsələsində əhəmiyyətli sıçrayış olub.

    "Biz hər iki tərəfin və ABŞ administrasiyasının anı düzgün dəyərləndirərək irəliləyişə nail olmasını yüksək qiymətləndiririk. İndi isə razılaşdırılmış tədbirlərin, xüsusilə sülh müqaviləsinin imzalanması və ratifikasiyasının vaxtında təmin edilməsi vacibdir", – deyə o vurğulayıb.

    Kallas qeyd edib ki, bu il mart ayında Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninə dair ikitərəfli danışıqların başa çatmasından sonra indiki addım, 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşdırılması yolunda mühüm və həlledici növbəti mərhələdir.

    Onun sözlərinə görə, bu gün razılaşdırılmış tədbirlərin həyata keçirilməsindən sonra onların regionda ümumiliklə sülhün inkişafına müsbət təsir göstərəcəyi, münaqişə mirası ilə ayrılmış cəmiyyətləri davamlı sülhə və ümumi rifaha yaxınlaşdıracağı gözlənilir.

    "Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini tam dəstəkləyir və uzun illərdir hər iki tərəf və beynəlxalq tərəfdaşlarımızla birlikdə davamlı sülh üçün şəraitin yaradılması istiqamətində çalışır. Biz bundan sonra da tərəfdaşlarla tamhüquqlu normallaşma üzərində işləməyə, o cümlədən növbəti addımların praktiki icrası üçün əlavə dəstək və ekspert bilikləri təqdim etməyə hazırıq",- K.Kallas bildirib.

    #Ermənistan #Avropa İttifaqı #Azərbaycan-Ermənistan #Kaja Kallas #ABŞ Azərbaycan Ermənistan münasibətləri #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #ABŞ Azərbaycan Ermənistan liderlər görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    21 İyul 2026 22:23

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    20 İyul 2026 22:46

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    18 İyul 2026 22:45

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    15 İyul 2026 21:06

    Aİ ölkələri ticarət qadağası ideyasını dəstəkləyir - Kaya Kallas

    13 İyul 2026 22:15

    Aİ niyə Yaxın Şərq siyasətində vahid qərar qəbul etməkdə çətinlik çəkir?

    13 İyul 2026 21:43

    Belçika Avropa İttifaqının İsrail məhsulları ilə bağlı siyasətini sərt tənqid etdi

    13 İyul 2026 19:28

    Avropa İttifaqı Qəzza üçün 1 milyard dollarlıq yardım təşəbbüsü başladıb

    13 İyul 2026 18:40

    Aİ ölkələri İsrail məskənlərinə qarşı ticarət qadağasını müzakirə edəcək

    10 İyul 2026 21:46

    Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişi imzalana bilər - Nazir

    9 İyul 2026 10:33
    XƏBƏR LENTİ

    Elə bil dünən idi…

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.