Tərəflər komissiyaların Azərbaycanda növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
#Azərbaycan Ermənistan sülh müqaviləsi
Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar Ermənistan ərazisində də aparılıb.
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Azərbaycan ilə Çexiya arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir.
Azərbaycanın Milli Məclisi Belçika və Niderland parlamentlərinin sülh prosesinə zərbə vuran, təhrif və əsassız ittihamlar üzərində qurulan qətnamələrini qərəzli hesab edərək kəskin şəkildə rədd edir.
Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini ikinci sessiya ilə davam etdirib. Aprelin 10–dan 12-dək keçirilən dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunur. Görüş 12 aprelədək davam edəcək.
"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan arasında növbəti dəyirmi masa başlayıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
Tarix bəzi günləri yalnız təqvim vərəqi kimi deyil, bütün bəşəriyyət üçün vicdan mühasibəsi kimi də qeyd edir.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib. X.Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq) və Xarici İşlər Nazirliyində görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Cari ilin yanvar ayında Azərbaycandan Ermənistana 2,404 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.