#Azərbaycan Ermənistan sülh razılaşması

"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini ikinci sessiya ilə davam etdirib. Aprelin 10–dan 12-dək keçirilən dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunur. Görüş 12 aprelədək davam edəcək.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Üç Dəniz Təşəbbüsü Parlament rəhbərlərinin Sammiti"ndə çıxış edib. Türkiyənin bu təşəbbüsə ilk dəfə "strateji tərəfdaş" statusunda qatılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Kurtulmuş, ölkəsinin nəqliyyat, enerji və kommunikasiya dəhlizlərinin inkişafına mütləq prioritet verdiyini bildirib.