Fələstin

İsrail ordusu Nablus yaxınlığındakı Təl kəndində Faruq Ramazanın evinin dağıdıldığını açıqlayıb. Ramazan ötən ay silahlı məskunlaşan şəxslə baş verən qarşıdurmadan sonra öldürülüb. Hadisə zamanı dörd fələstinli və iki İsrail əsgərinin öldüyü bildirilib. İsrail ordusu Ramazanı əsgərlərin ölümünə səbəb olan hücumda ittiham edib. İsrail qüvvələri ev dağıdılmasından əvvəl Təl kəndində ailələri ərazidən çıxarıb. İnsan hüquqları təşkilatları bu cür addımların kollektiv cəza xarakteri daşıdığını və yaşayış məntəqələrinin genişləndirilməsi ilə bağlı olduğunu bildirirlər. Hadisə İordan çayının qərb sahilində gərginliyin davam etdiyi vaxtda baş verib.

İsrailin Prezident Əhməd əş-Şəraanın rəhbərlik etdiyi Suriya hökumətinin ölkənin hərbi hava qüvvələrini yenidən qurmaq səylərini narahatlıqla izlədiyi bildirilir. İsrail kəşfiyyatının hazırladığı hesabatlarda Dəməşq rəhbərliyinin hava qüvvələrinin imkanlarını artırmaq üçün sistemli fəaliyyət həyata keçirdiyi qeyd olunub.

BMT ekspertləri Qəzza zolağı və İordan çayının qərb sahilində insan hüquqları vəziyyətinin ağırlaşdığını açıqlayıblar. Onlar iyul ayında fələstinli mülki şəxslərə qarşı hücumların artdığını bildiriblər. Ekspertlər Qəzzada zorakılığın davam etdiyini və təhlükəsiz ərazinin qalmadığını iddia ediblər. Onların məlumatına görə, iyul ayında İsrail qüvvələrinin əməliyyatları nəticəsində azı 160 fələstinli öldürülüb. İordan çayının qərb sahilində isə iyul ayında azı 14 fələstinlinin öldürüldüyü bildirilib. BMT ekspertləri məskunlaşanların zorakılıqlarının artmasını da tənqid ediblər. Onlar 2024-cü il Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edərək beynəlxalq hüquqa əməl olunmasının vacibliyini vurğulayıblar.

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı Sülh Şurasının açıqladığı 15 maddəlik yol xəritəsini qəbul etmədiklərini bildirib. Netanyahu İsrail ordusunun HƏMAS tamamilə silahsızlandırılmayana qədər Qəzza zolağında nəzarət etdiyi ərazilərdən geri çəkilməyəcəyini açıqlayıb.

İsraildə keçiriləcək Knesset seçkiləri öncəsi siyasi partiyaların İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələri ilə bağlı mövqeləri ölkənin əsas siyasi müzakirə mövzularından birinə çevrilib. İsrailin siyasi xəritəsində fərqli düşərgələr arasında ciddi fikir ayrılıqları olsa da, yəhudi yaşayış məntəqələri məsələsi bir çox siyasi qüvvələri birləşdirən əsas mövzulardan biri olaraq qalır. Partiyalar yaşayış məntəqələrinin gələcəyi, Fələstin məsələsinin həlli və mümkün ilhaq siyasəti ilə bağlı fərqli yanaşmalar ortaya qoyurlar.

Mərakeşin İspaniyanın Afrikadakı əraziləri olan Seuta və Melilyaya kütləvi keçid cəhdi ilə bağlı hadisələr ölkənin Avropadakı nüfuzuna təsirləri baxımından diqqət çəkib. Təxminən 80 minə yaxın gənc faslının sərhədi keçməyə cəhd etməsi, onların böyük hissəsinin gənc kişilərdən ibarət olması və hadisənin koordinasiyalı şəkildə baş verməsi bu prosesin adi miqrasiya dalğası olmadığı barədə iddiaları gücləndirib.

Fələstin Məhbuslar Cəmiyyəti İsrailin iyul ayında İordan çayının qərb sahilində 630 nəfəri saxladığını açıqlayıb. Təşkilat İsrail qüvvələrini evlərə basqın etməkdə, əmlaka ziyan vurmaqda və saxlanılan şəxslərlə onların ailələrinə qarşı zorakılıq tətbiq etməkdə ittiham edib. Məlumata görə, avqustun əvvəlinə İsrail həbsxanalarında 9 400-dən çox fələstinli saxlanılır. Onların arasında 370 uşaq və 92 qadın var. İsrail tərəfi bu iddialarla bağlı açıqlama verməyib.

Qəzza zolağında 2023-cü ildə İsrailin hava zərbələri nəticəsində həlak olan Əbu Şəriə və Əl-Həsayinə ailələrinin 112 üzvünün nəşi dağıntılar altından çıxarılaraq iki il yarımdan sonra kütləvi şəkildə dəfn edilib. Mərasim Qəzzada müharibənin başlanmasından bəri keçirilən ən böyük cənazələrdən biri kimi qiymətləndirilir.

İsrail və Livan rəsmiləri arasında sərhəd mübahisələrinin həlli və İsrail qoşunlarının Livanın cənubundan çıxarılması ilə bağlı danışıqlar davam etsə də, bölgədəki vəziyyət əks istiqamətdə inkişaf edir. İsrail qüvvələrinin atəşkəs razılaşmasından sonra da Livanın cənubunda evləri, kənd təsərrüfatı sahələrini və mülki infrastrukturu dağıtmağa davam etdiyi bildirilir.

İsraildə 27 oktyabr tarixində ümumi parlament seçkiləri təşkil olunacaq. “Reuters” agentliyinin məlumatına görə, bu, “HƏMAS” qruplaşmasının 7 oktyabr 2023-cü il tarixində həyata keçirdiyi, ölkə daxilində dərin sarsıntı yaradan və İsrailin Qəzzə, Livan və İranla hərbi münaqişələrə cəlb olunması ilə Yaxın Şərqi gərginlik fəzaına sürüyən hücumundan sonra keçirilən ilk seçki olacaq.