Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Suriya
    Suriya

    İsrail Suriyanın hərbi hava qüvvələrini bərpa etməsindən narahatdır

    11 Avqust 2026 15:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail Suriyanın hərbi hava qüvvələrini bərpa etməsindən narahatdır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    İsrailin Prezident Əhməd əş-Şəraanın rəhbərlik etdiyi Suriya hökumətinin ölkənin hərbi hava qüvvələrini yenidən qurmaq səylərini narahatlıqla izlədiyi bildirilir. İsrail kəşfiyyatının hazırladığı hesabatlarda Dəməşq rəhbərliyinin hava qüvvələrinin imkanlarını artırmaq üçün sistemli fəaliyyət həyata keçirdiyi qeyd olunub.

    İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Suriya yeni pilotlar cəlb edir, intensiv təlim uçuşları həyata keçirir və ölkənin şimalında döyüş təyyarələrinin də iştirak etdiyi genişmiqyaslı ilk hərbi təlimini keçirib.

    İsrail kəşfiyyatının qiymətləndirməsinə əsasən, Suriya hərbi hava qüvvələrinin yenidən qurulmasına yönəlmiş bu fəaliyyətlər ölkənin təhlükəsizlik dairələrində narahatlıq doğurur.

    Türkiyənin Suriyadakı təsiri İsraili düşündürür

    İsrailin narahatlığı yalnız Suriyanın hava qüvvələrinin bərpası ilə məhdudlaşmır.

    KAN-ın məlumatında Türkiyənin Suriyada artan təsirinin də İsrail üçün əsas narahatlıq mənbələrindən biri olduğu vurğulanıb.

    İsrailli təhlükəsizlik ekspertləri Türkiyənin Suriyanın şimalındakı hərbi mövcudluğunun İsrailin Suriya ərazisinə qarşı həyata keçirdiyi hava əməliyyatlarını çətinləşdirə biləcəyini bildiriblər.

    Ekspertlərin fikrincə, Türkiyənin bölgədəki hərbi və siyasi təsirinin güclənməsi İsrailin Suriyadakı hərbi fəaliyyətlərinin planlaşdırılmasına əlavə amil kimi daxil olur.

    Suriya hərbi təlimlərini genişləndirir

    Suriya ordusuna məxsus döyüş təyyarələri ötən gün ölkənin şimalındakı İdlib şəhəri üzərində təlim uçuşları həyata keçirib.

    Bu hadisə Dəməşqin uzun müddətdən sonra hərbi hava qüvvələrinin imkanlarını bərpa etməyə çalışdığını göstərən addımlardan biri kimi qiymətləndirilir.

    İsrail Bəşşar Əsəd rejiminin 2024-cü ilin dekabrında hakimiyyətdən göndərilməsindən sonra Suriya ərazisindəki hərbi obyektlərə çoxsaylı hava zərbələri endirib.

    İsrail ordusunun həmin əməliyyatlar zamanı Suriyaya məxsus hərbi bazaları, hava hücumundan müdafiə sistemlərini, silah istehsalı müəssisələrini və silah anbarlarını hədəfə aldığı bildirilmişdi.

    Dəməşqin hərbi hava qüvvələrini yenidən formalaşdırmaq cəhdləri və Türkiyənin Suriyanın şimalında artan hərbi mövcudluğu fonunda İsrailin bölgədəki hesablamalarının mürəkkəbləşdiyi qeyd olunur.

    #Suriyanın yeni hökuməti #İsrail kəşfiyyatı #Suriya hərbi hava qüvvələri #Əhməd əl-Şara #İsrail Suriya münasibətləri #İsrailin Suriyaya hava zərbələri #Suriya hərbi təyyarələri #Suriya pilotları #Suriya hərbi təlimləri #İdlibdə hərbi təlim
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya prezidentinin atası İsrailin iddialarına reaksiya verib

    19 Avqust 2026 13:54

    Kəşfiyyatdan silaha - Mossadın keçmiş rəhbəri niyə ABŞ müdafiə şirkətinə keçdi?

    5 Avqust 2026 11:44

    İsrailin xüsusi xidmət orqanları Hərbi Hava Qüvvələri daxilindəki İran casus şəbəkəsini araşdırır

    18 Aprel 2026 23:47

    İsrailin Məscidül-Əqsanın idarəçiliyinə müdaxiləsindən narahatıq - Şeyx İkrimə Səbri

    4 Aprel 2026 22:55

    MOSSAD Livanda gizli əməliyyat keçirdi

    25 Dekabr 2025 09:27

    İran Mossad casusunu edam edib

    30 Aprel 2025 16:12

    Suriyada Əsəd dövrünün "Hizbullah"la əlaqəli kəşfiyyatçısı saxlanılıb

    23 Aprel 2025 21:53

    Türkiyədə Mossad şəbəkəsi ifşa edilib

    12 Aprel 2025 16:03

    Ukrayna yeni Suriya hökümətinin qurulmasını alqışlayıb

    2 Aprel 2025 18:35

    İtaliya Suriyada yeni hökümətin qurulmasını alqışlayıb

    31 Mart 2025 22:15

    İspaniya Suriyada yeni hökümətin qurulmasını alqışlayıb

    31 Mart 2025 19:04

    Hökumət qurulmasında kvotalar tətbiq olunmayacaq - Əl- Şəraa

    31 Mart 2025 14:00
    XƏBƏR LENTİ

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.