#Canni İnfantino

Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb. Adams 2026-cı il dünya çempionatında millinin bütün qrup oyunlarında forma geyinmişdi. O, "Mamelodi Sandaunz" klubunun heyətində Afrika Çempionlar Liqasının qalibi olub. Futbolçu Çexiya ilə oyundan əvvəl nənəsini itirmişdi. Cənubi Afrika Futbolçular Birliyi onun vəfatını ölkə futbolu üçün ağır itki adlandırıb. İdman naziri Qeyton Makkenzi və Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino da başsağlığı mesajı yayıblar. Adams milli komandada keçirdiyi 13 oyunda iki qol müəllifi olmuşdu.

ABŞ millisinin futbolçusu Folarin Baloqun Dünya Çempionatında diqqət mərkəzinə düşüb. Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə alan futbolçunun cəzası Beynəlxalq Futbol Federasiyası tərəfindən dayandırılıb. Qərardan əvvəl ABŞ Prezidenti Donald Tramp futbolçunun işi ilə bağlı yenidən baxılmasına çağırış etmişdi. Folarin Baloqun ABŞ-də doğulduğu üçün bu ölkənin vətəndaşıdır. Daha sonra ailəsi Böyük Britaniyaya qayıdıb və o, burada böyüyüb. Futbolçu əvvəl İngiltərənin aşağı yaş qruplarında çıxış etsə də, 2023-cü ildə ABŞ millisini seçib. Onun ətrafında yaranan vəziyyət həm idman, həm də siyasi müzakirələrə səbəb olub. Baloqunun Belçikaya qarşı oyunda iştirakı böyük maraq doğurur.

ABŞ Prezidenti Donald Trampın müdaxiləsindən sonra FIFA ABŞ millisinin hücumçusu Folarin Baloqunun avtomatik diskvalifikasiyasının icrasını dayandıraraq onun Belçikaya qarşı dünya çempionatının 1/8 final oyununda iştirakına icazə verib. Donald Tramp FIFA prezidenti Canni İnfantino ilə telefon danışığında qərarın yenidən nəzərdən keçirilməsini xahiş edib.

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino ABŞ-də keçirilən 2026-cı il futbol üzrə dünya çempionatı ərəfəsində yaranan viza problemləri və bəzi iştirakçıların ölkəyə girişinə icazə verilməməsi ilə bağlı narahatlıqlara cavab verib. Meksikanın paytaxtında keçirilən mətbuat konfransında çıxış edən FIFA rəhbəri bildirib ki, təşkilat əsasən idman qurumu kimi fəaliyyət göstərir və dövlətlərin immiqrasiya siyasətinə müdaxilə etmək səlahiyyətinə malik deyil.

Fransalı futbol funksioneri Mişel Blatini Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinoya qarşı Fransada məhkəmə iddiası qaldırıb. Məlumata görə, Blatini İnfantinonu “böhtan” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə məhkəməyə verib. İddia 2015-ci ildə onun FIFA prezidentliyinə namizədliyinin qarşısının alınmasına səbəb olan qalmaqallı hadisələrlə bağlıdır.

Ukrayna FİFA və UEFA-ya müraciət edərək Rusiya və Belarus futbol nümayəndələrinin beynəlxalq turnirlərdə iştirakına məhdudiyyətlərin qorunmasını tələb edib. Ukrayna tərəfi bildirib ki, Rusiya heç bir beynəlxalq yarışmada iştirak etməməlidir, FİFA və UEFA-nın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməməsi tələb olunub və Belarus komandalarının yenidən kənarlaşdırılması istənilib.

“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq. Bu barədə FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib. Canni İnfantinonun paylaşımını diqqətinizə çatdırırıq: 2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FIFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam.

Məsələ FIFA prezidenti Canni İnfantino ilə Hakimlər Komitəsinin rəhbəri Pyerluidji Kollina arasında müzakirə olunub və tərəflər dəyişikliyin zəruriliyi barədə razılığa gəliblər. Qaydanın 2026–2027 mövsümündə qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqi tələb olunur.