Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İlon Mask OpenAI şirkətini məhkəməyə verib

    29 Aprel 2026 09:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İlon Mask OpenAI şirkətini məhkəməyə verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    ABŞ-də süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər arasında hüquqi qarşıdurma dərinləşir.

    VOA xəbər verir ki, amerikalı sahibkar İlon Mask tərəfindən OpenAI şirkətinə qarşı qaldırılan məhkəmə işində tərəflər ilk açılış çıxışlarını təqdim edib. Mask şirkətin qurucuları Sem Altman və Qreq Brokmanı “insanlığa fayda missiyasından uzaqlaşmaqda” ittiham edir.

    Kaliforniya ştatının Oklend şəhərində keçirilən məhkəmə prosesinə hakim İvon Qonzales Rocers rəhbərlik edir. Maskın vəkili Stiven Molo bildirib ki, iddia maliyyə qazancı məqsədi daşımır və əsas məqsəd “insanlığın maraqlarını qorumaqdır”.

    Məhkəmə zamanı bildirilib ki, Mask OpenAI-ın ilkin mərhələdə qurulmasında mühüm rol oynayıb, şirkətə milyonlarla dollar investisiya yatırıb və aparıcı süni intellekt mütəxəssislərinin cəlb olunmasına dəstək verib.

    Digər tərəfdən, OpenAI-ın vəkili Uilyam Savitt Maskın iddialarını rədd edərək onun şirkətin uğurundan sonra bu addımı atdığını bildirib. O, həmçinin Maskın OpenAI-ın qeyri-kommersiya statusu ilə bağlı əvvəlcədən prinsipial mövqe sərgiləmədiyini qeyd edib.

    Məhkəmə prosesində iştirak edən Microsoft şirkətinin vəkili Rassel Koen isə texnologiya nəhənginin OpenAI ilə əməkdaşlığında hər hansı qanun pozuntusu görmədiklərini vurğulayıb. O, Maskın iddialarının onun öz süni intellekt layihəsi olan xAI ilə bağlı maraqları ilə üst-üstə düşdüyünü bildirib.

    Mask - “Süni intellekt insanlığı məhv edə bilər”

    Məhkəmədə çıxış edən İlon Mask süni intellektin potensial təhlükələrinə diqqət çəkərək bildirib ki, bu texnologiya həm insanlığı inkişaf etdirə, həm də ciddi risklər yarada bilər.

    Onun sözlərinə görə, süni intellektin inkişafı “çox ağıllı uşağın tərbiyəsinə” bənzəyir və gələcəkdə onun tam nəzarətdə saxlanılması mümkün olmaya bilər.

    Mask qeyd edib ki, yaxın illərdə süni intellekt insan səviyyəsində intellektə çata bilər və bu proses düzgün idarə olunmasa, qlobal təhlükəyə çevrilə bilər.

    150 milyard dollarlıq iddia

    Xatırladaq ki, İlon Mask 2024-cü ilin avqust ayında təqdim etdiyi iddia ərizəsində OpenAI rəhbərliyini “insanlığa xidmət prinsipinə xəyanət etməkdə” ittiham edib. İddianın ümumi dəyərinin 150 milyard dollar civarında olduğu bildirilir.

    Məhkəmə prosesinin təxminən üç həftə davam edəcəyi gözlənilir.

    #İlon Mask #xAI şirkəti #OpenAI məhkəmə işi #süni intellekt təhlükəsi #AI riskləri #Microsoft OpenAI #texnologiya mübahisəsi #Kaliforniya məhkəməsi #AI gələcəyi #texnologiya xəbərləri #İlon Mask OpenAI məhkəmə işi 2026 #süni intellekt insanlıq üçün təhlükə #OpenAI Altman Brockman iddiaları #Mask AI haqqında açıqlama verdi #ABŞ texnologiya şirkətləri mübahisəsi #Microsoft OpenAI əməkdaşlığı #AI gələcəkdə nə qədər təhlükəlidir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    SpaceX Luizianada 100 milyard dollarlıq kosmik baza quracaq

    26 Avqust 2026 09:53

    SpaceX-in dəyəri ilə qazancı arasındakı ziddiyyət nəyi göstərir?

    24 Avqust 2026 09:00

    Tramp və Mask arasında münasibətlər yenidən yaxınlaşır

    14 Avqust 2026 16:04

    SpaceX və Tesla Texasda 16,8 milyard dollarlıq süni intellekt çip zavodu quracaq

    6 Avqust 2026 18:55

    SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?

    1 Avqust 2026 18:47

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    15 İyul 2026 21:06

    Dünyada milyarderlərin sayı və sərvətləri nə qədərdir?

    12 İyul 2026 21:00

    ABŞ məhkəməsi İlon Maskın hansı tələbini rədd edib?

    6 İyul 2026 22:00

    "Tesla" robotaksi xidmətini Mayamidə istifadəyə verib

    3 İyul 2026 22:13

    ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin

    16 İyun 2026 09:00

    Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

    17 May 2026 23:59

    İlon Mask və Tim Kuk Pekində niyə gündəm oldu?

    15 May 2026 12:46
    XƏBƏR LENTİ

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.