#süni intellekt təhlükəsi

ABŞ-də süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər arasında hüquqi qarşıdurma dərinləşir. Amerikalı sahibkar İlon Mask tərəfindən OpenAI şirkətinə qarşı qaldırılan məhkəmə işində tərəflər ilk açılış çıxışlarını təqdim edib. Mask şirkətin qurucuları Sem Altman və Qreq Brokmanı “insanlığa fayda missiyasından uzaqlaşmaqda” ittiham edir.