Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    İran razılaşma imzalamaq istəyir, lakin bunu açıqlamaqdan qorxur - Tramp

    26 Mart 2026 09:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran razılaşma imzalamaq istəyir, lakin bunu açıqlamaqdan qorxur - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının illik tədbirində çıxış edərək, İran rəhbərliyinin gizli şəkildə danışıqlar apardığını və saziş imzalamağa can atdığını iddia edib. Trampın sözlərinə görə, Tehran rəsmiləri bu istəklərini həm öz xalqından, həm də ABŞ-dan gələn təhlükələr səbəbindən ictimaiyyətə açıqlamaqdan çəkinirlər.

    VOA xəbər verir ki, çıxışı zamanı Tramp "müharibə" ifadəsi yerinə "hərbi əməliyyat" terminindən istifadə edəcəyini bildirib. O, baş verənləri "hərbi məhv" adlandıraraq, İranın nüvə silahına sahib olma ehtimalını "xərçəng"ə bənzədib.

    "Biz bu xərçəngi kəsib atmalı idik. İndi isə başladığımız işi sona çatdıracağıq." - deyə Tramp qeyd edib.

    ABŞ-ın dünyanın ən güclü ordusuna və texnikasına sahib olduğunu vurğulayan Tramp, İranın genişmiqyaslı raket hücumunun uğurla dəf edildiyini irəli sürüb. O, İranın strateji əhəmiyyətli bir hədəfə 100 raket atdığını, lakin saatda 2 min mil sürətlə hərəkət edən həmin raketlərin hamısının havada məhv edilərək dənizə düşdüyünü bəyan edib.

    Artan neft və enerji qiymətlərinə də toxunan Tramp, bu bahalaşmanın hərbi əməliyyatın "qısamüddətli" təsiri olduğunu və bu səbəbdən onun üçün xüsusi əhəmiyyət kəsb etmədiyini qeyd edib.

    Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xameneyi də daxil olmaqla, bir çox yüksək rütbəli rəsmi həyatını itirib.

    #Donald Tramp #İsrail və İran gərginliyi #Trampın siyasətləri #İsrail və İran münasibətləri #Tramp İran siyasəti #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    18 İyul 2026 22:45

    Ralf Norman Cənubi Karolinadan Senata namizədliyini irəli sürüb

    18 İyul 2026 19:29

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    Livan Prezidenti Cozef Aun Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib

    18 İyul 2026 18:00

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    17 İyul 2026 22:45

    Əraqçi İsraili ABŞ siyasətinə təsir göstərməkdə ittiham edib

    17 İyul 2026 18:27

    İsrailin ABŞ-da təsir kampaniyası ilə bağlı yeni iddialar səsləndirilib

    16 İyul 2026 19:36

    Alon Pinkas ABŞ ilə İsrail arasında fikir ayrılıqlarının artdığını bildirib

    16 İyul 2026 19:24

    Vensin bəyanatı Vaşinqtonda yeni mübahisələr yaradıb

    16 İyul 2026 18:31

    ABŞ rəhbərliyində İran məsələsində fərqli mövqelər formalaşıb

    16 İyul 2026 18:22

    Hörmüz boğazında İran və ABŞ qarşılıqlı "qırmızı xətlər" müəyyənləşdirir

    16 İyul 2026 17:21

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    16 İyul 2026 14:46
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 20 İyul

    Qətərdə fintex inqilabı: Nağdsız ödənişlər may ayında rekord qırdı

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

    Qərb dünyası niyə ədəbiyyata dinin təsirini qəbul etmir?

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    Psixoloji pozuntular həqiqətən artır, yoxsa onlar daha çox görünür? Mütəxəssislər sosial media və marketinqin rolunu izah edir

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.