Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Pakistanla sərhəd ticarətinin genişlənməsi təhlükəsizliyi möhkəmləndirəcək - İran

    8 Noyabr 2025 11:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Pakistanla sərhəd ticarətinin genişlənməsi təhlükəsizliyi möhkəmləndirəcək - İran
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Pakistanla sərhəd ticarətinin və iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki ölkədə təhlükəsizliyi gücləndirəcək və iqtisadi artıma töhfə verəcək.

    AzerVoice xəbər verir ki, cümə günü Pakistana üçgünlük səfərdən qayıtdıqdan sonra danışan Qalibaf açıqlamalar verib.

    “Əgər sərhəd bazarları inkişaf etdirilsə və Pakistanla ticarət canlansa, iki ölkə arasında mövcud olan təhlükəsizlik və sərhəd problemlərinin böyük bir hissəsi aradan qalxacaq. Çünki sərhədlər qanuni və genişmiqyaslı iqtisadi fəaliyyət mərkəzinə çevrildikdə qaçaqmalçılıq və təhlükəsizlik problemləri minimuma enir.” - deyə Qalibaf qeyd edib.

    Qalibafın səfəri Pakistan Milli Assambleyasının sədri Sardər Sadiqin rəsmi dəvəti ilə çərşənbə günü başlayıb.

    Səfər zamanı o, Pakistanın yüksək səviyyəli rəsmiləri — müvəqqəti prezident və senat sədri Yusuf Rəza Gilani, baş nazir Şahbaz Şərif və ordu baş komandanı Asim Munir ilə geniş görüşlər keçirib.

    Qalibaf bildirib ki, səfərin əsas məqsədlərindən biri “Sionist rejimlə (İsraillə) 12 günlük müharibə” zamanı Pakistan xalqı və hökumətinin tutduğu dəyərli mövqelərə görə təşəkkür etmək olub.
    O əlavə edib ki, İran nümayəndə heyəti ictimaiyyətlə görüşdüyü hər yerdə “Zionist rejimin təcavüzünə qarşı İranın qəti və güclü cavabından duyulan məmnunluğu” hiss edib.

    Parlament sədri bildirib ki, görüşlərdə siyasi, iqtisadi və təhlükəsizlik məsələləri müzakirə olunub.

    O həmçinin İslamabadda iranlı və pakistanlı iş adamlarının, eləcə də ticarət palatalarının iştirakı ilə keçirilən iqtisadi iclaslarda iştirak edib və bu danışıqları “çox faydalı və konstruktiv” adlandırıb.

    Qalibaf əlavə edib ki, səfər həm də İran prezidenti Məsud Pezeşkianın Pakistana son səfəri zamanı imzalanmış 12 əməkdaşlıq sənədinin icrasını izləmək məqsədi daşıyıb.

    “Bu istiqamətdə, xüsusilə azad ticarət və barter sahələrində yaxşı irəliləyiş əldə olunub və bu məsələlər ətraflı şəkildə müzakirə edilib,” – deyə Qalibaf bildirib.

    #İran #Pakistan #Şahbaz Şərif #təhlükəsizlik #təhlükəsizlik sazişi #Məsud Pezeşkian #Sülh və təhlükəsizlik #Məhəmməd Baqir Qalibaf #Pakistan Milli Assambleyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    Müdafiə gücümüzün ən mühüm dayağı milli birlikdir - İranın müdafiə naziri

    29 Avqust 2026 18:19

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.