Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    BMT Baş katibi Qəzza atəşkəsi planının qəbulunu alqışladı

    9 Oktyabr 2025 09:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BMT Baş katibi Qəzza atəşkəsi planının qəbulunu alqışladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    BMT-nin Baş katibi Antonio Quterreş İsraillə HƏMAS arasında Qəzzada atəşkəs planının ilk mərhələsinin razılaşdırılmasını müsbət dəyərləndirib.

    AzerVoice xəbər verir ki, BMT Baş katibinin sözçülüyü vasitəsilə yayılan yazılı açıqlamada Quterreş bildirib ki, ABŞ Prezidenti Donald Trampın təklifi əsasında əldə olunan razılaşma həm atəşkəsin təmin olunması, həm də girovların azad edilməsi baxımından mühüm addımdır.

    "Prezident Donald Trampın təqdim etdiyi təklifə əsasən Qəzzada atəşkəsin əldə olunması və girovların azad olunması barədə razılaşmanın elan edilməsini məmnuniyyətlə qarşılayıram", – deyə Quterreş qeyd edib.

    O, razılaşmanın əldə olunmasında rol oynayan ABŞ, Qətər, Misir və Türkiyənin diplomatik səylərini yüksək qiymətləndirərək, bütün tərəfləri razılaşmanın şərtlərinə tam əməl etməyə çağırıb.

    Baş katib həmçinin qeyd edib ki, Qəzzada iztirabların sona çatması üçün bütün girovlar azad edilməli, daimi atəşkəsə nail olunmalı və bölgəyə humanitar yardımın dərhal çatdırılması təmin edilməlidir.

    Quterreş beynəlxalq ictimaiyyəti yaranmış bu fürsətdən istifadə edərək uzunmüddətli sülhə nail olunması üçün konkret addımlar atmağa çağırıb.

    "Bütün tərəfləri işğalın sona çatması, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun tanınması və israillilər ilə fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yaşaya bilməsi üçün iki dövlətli həll yoluna aparacaq etibarlı siyasi prosesin qurulmasına dəvət edirəm", – deyə o vurğulayıb.

    #Qəzza #Qəzza zolağı #BMT #Antonio Quterreş #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

    18 İyul 2026 19:14

    Qətər İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını kəskin pisləyib

    18 İyul 2026 19:10

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    17 İyul 2026 21:40

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17
    XƏBƏR LENTİ

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    Kəhf surəsi nədən bəhs edir?

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Macarıstan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilir

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.