Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Litium və Alzheimer arasında mühüm əlaqə aşkarlanıb

    10 Avqust 2025 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Litium və Alzheimer arasında mühüm əlaqə aşkarlanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, Azervoice, Nərmin Ağayeva

    Harvard alimləri litiumun Alzheimer xəstəliyi ilə mübarizədə potensial rolunu üzə çıxarıb.

    Azervoice xəbər verir ki, Harvard Tibb Məktəbində aparılan və Nature jurnalında dərc olunan yeni bir tədqiqat litiumun yalnız əhval stabilləşdiricisi kimi deyil, həm də beyin sağlamlığı üçün vacib bioloji element kimi rol oynaya biləcəyini göstərib. Tədqiqat Alzheimer xəstəliyi və beyin yaşlanması ilə əlaqəli mühüm kəşflərə işıq salır.

    Tədqiqatçılar litiumun orqanizmdə təbii olaraq çox az miqdarda olduğunu və C vitamini və ya dəmir kimi hüceyrə funksiyalarında mühüm rol oynadığını sübut ediblər. Normal siçanların pəhrizindən litium çıxarıldıqda onların beyinlərində Alzheimerə bənzər iltihab, neyron zədələnməsi və yaddaş itkisi müşahidə olunub. Genetik olaraq Alzheimerə meylli siçanlarda isə bu proses daha da sürətlənib.

    Professor Bruce Yankner-in rəhbərliyi ilə aparılan araşdırmada litiumun Alzheimer xəstələrinin beyinlərində yığılan amiloid beta lövhələri ilə bağlandığı və bu səbəbdən beyindəki təmizləmə sisteminə mane olduğu müəyyən olunub. Lövhələrin litiumu udması mikroglia hüceyrələrinin zərərli zülalları xaric etməsinə əngəl törədir. Lakin tədqiqatçılar litium orotat adlı xüsusi bir formanın bu problemi aradan qaldıra biləcəyini siçan modellərində müşahidə ediblər.

    İnsan beyni üzərində aparılan analizlər də Alzheimer xəstələrində litium çatışmazlığını göstərib. ABŞ-dakı müxtəlif beyin banklarında aparılan müstəqil tədqiqatlar bu tapıntını təsdiqləyib. Alimlər təbii mineral sular, tünd yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq, paxlalılar və bəzi ədviyyatların tərkibində litium olduğunu və bu maddənin beyin sağlamlığına uzunmüddətli təsir göstərə biləcəyini bildirirlər.

    Bununla belə, tədqiqatçılar hazırda istifadə edilən litium əlavələrinin insan sağlamlığı üçün uyğun olmadığını, siçanlara verilən dozanın insanların qəbul etdiyi dozadan xeyli az olduğunu qeyd ediblər. Klinik sınaqların başlanması üçün yeni mərhələyə keçidin vacibliyi vurğulanıb.

    Qeyd edək ki, bu tədqiqat ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) tərəfindən maliyyələşdirilib və gələcəkdə Alzheimerin müalicəsində aşağı dozalı litium əsaslı yanaşmaların inkişaf etdirilməsinə ümid yaradır.

    #Alzheimer #Bunu bilirsinizmi? #İnfeksiya və xəstəliklər #Xroniki xəstəliklər #Alzheimer riskini artıran amillər #Alzheimer-in qarşısını alma yolları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixi dəyişən 10 qadın alim: Elmin zirvəsindəki qəhrəmanlar

    24 May 2026 03:00

    Pişiklərin gözünə baxmaq doğrudanmı təhlükəlidir?

    17 May 2026 03:00

    Özünüzü yoxlayın, bu əlamətlər sizdə varsa,Siz gizli ...

    6 May 2026 03:00

    Artıq duz istifadəsi hansı riskləri artırır?

    26 Aprel 2026 20:03

    Sosial əlaqə yox, onun qavranılması önəmlidir

    2 Aprel 2026 12:49

    İnsan bədəni haqqında heyrətamiz faktlar: Ürək döyüntüsündən yaddaşın həcminə qədər

    29 Mart 2026 15:00

    İnsan bədəninin bilinməyən sirləri: Burnun qoxu yaddaşından yuxu müəmmasına qədər

    22 Mart 2026 10:00

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    1 Fevral 2026 17:01

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28
    XƏBƏR LENTİ

    Trampın kəşfiyyat təyinatı Vaşinqtonda mübahisə yaratdı: Yeni rəhbər kimdir?

    Oman Küveyt və Bəhreynə qarşı hücumları qınayıb

    Küveyt İranın iki diplomatik nümayəndəsinin dərhal ölkədən çıxarılmasını tələb edib

    Tramp İranın Ali lideri ilə görüşmək istədiyini açıqladı

    Livan Baş naziri İranın Küveyt və Bəhreynə hücumlarını qınayıb

    13 ballistik raket və 17 dron neytrallaşdırılıb

    Küveyt İranın ballistik raket və pilotsuz aparat hücumlarını neytrallaşdırıb

    Tramp: İranda “yerüstü qoşunlara ehtiyac yoxdur”

    İİKK: Hörmüz Boğazından təhlükəsiz keçid yalnız onların təyin etdiyi marşrutla mümkündür

    İsrailin Cənubi Livana hücumu tarixi abidələrə ciddi ziyan vurub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.