Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Maraqlı faktlar
    Maraqlı faktlar

    Müasir dövrün gizli epidemiyası: Yuxusuzluğun səbəbləri və həlli yolları

    14 İyun 2026 21:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Müasir dövrün gizli epidemiyası: Yuxusuzluğun səbəbləri və həlli yolları
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Yuxusuzluq təkcə gecə yuxusuna təsir etmir, eyni zamanda insanın gündəlik həyat keyfiyyətini də ciddi şəkildə aşağı salır. Davamlı yuxu problemi yorğunluq, diqqət yayınıqlığı və hətta psixi sağlamlıq problemlərinə səbəb ola bilər. Müasir həyat tərzi, texnologiyadan həddindən artıq istifadə və qeyri-müntəzəm həyat rejimi insanların yuxu keyfiyyətinə mənfi təsir göstərir. Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının Nevrologiya Bölümünün mütəxəssisi Prof. Dr. Kadriye Ağan yuxusuzluğun səbəbləri, fəsadları və qarşısını almağın yolları haqqında danışıb.

    Onun sözlərinə görə, yuxusuzluq hesab olunması üçün bu problemlər həftədə ən azı 3 dəfə baş verməli və 3 aydan çox davam etməlidir. Qadınlar və yaşlı insanlar arasında daha geniş yayılmış bu problem bəzən ciddi tibbi müdaxilə tələb edir.

    O bildirir ki, normal yuxu müddəti orta hesabla 7-8 saat olmalıdır. Lakin son əsrdə insanların yuxu müddəti orta hesabla 9 saatdan 6,8 saata enib ki, bu da sağlamlıq üçün təhlükəli göstəricidir.

    Yuxusuzluğun əsas səbəbləri

    Prof. Dr. Ağan qeyd edir ki, yuxusuzluğa bir çox faktor səbəb ola bilər. Bunlara stress, texnoloji cihazlardan həddindən artıq istifadə, qeyri-müntəzəm yuxu rejimi və səhv vərdişlər daxildir.

    Bundan əlavə, bəzi fiziki və psixi xəstəliklər də yuxu pozğunluğuna yol aça bilər:Xərçəng, endokrin pozğunluqlar,ürək problemləri, demansiya, parkinson və epilepsiya

    Yuxu gigiyenası: Sağlam yuxu üçün vacib addımlar

    Mütəxəssis düzgün yuxu üçün bir sıra vacib qaydalara əməl etməyi tövsiyə edir:

    Yataq otağı yalnız yuxu üçün istifadə edilməlidir: Burada televizor, kompüter olmamalı, yemək yeyilməməli və vaxtın çoxu yataqda keçməməlidir.

    Yuxu mühiti rahat olmalıdır: Otaq qaranlıq, sakit və temperatur baxımından uyğun olmalıdır.

    Yatmazdan əvvəl rahatlaşdırıcı ritual yaratmaq lazımdır: İlik duş qəbul etmək, kitab oxumaq və ya meditasiya etmək keyfiyyətli yuxuya kömək edə bilər.

    Kofein və elektron cihazlardan uzaq durulmalıdır: Axşam saatlarında qəhvə, çay və ya qazlı içkilər içmək yuxuya getməyi çətinləşdirir. Telefon və televizor mavi işıq yaydığı üçün beynin yuxu rejiminə keçməsinə mane olur.

    Gündüz yuxuları məhdudlaşdırılmalıdır: Günorta saatlarında yuxulamaq istənilirsə, bu müddət 20 dəqiqədən çox olmamalıdır.

    Yuxusuzluq problemi davam edərsə nə etməli?

    Əgər bütün tədbirlərə baxmayaraq yuxusuzluq problemi davam edirsə, həkimə müraciət etmək vacibdir. Müalicə prosesində əsas məqsəd problemin səbəbini araşdırmaq və uyğun həll yolu tapmaqdır. Bəzi hallarda dərman müalicəsi və ya xüsusi terapiya metodları tətbiq oluna bilər.

    Qeyd edək ki, yuxu beynin və bədənin normal fəaliyyətini təmin edən əsas amillərdən biridir. Keyfiyyətli yuxu gün ərzində enerjili və məhsuldar olmağa kömək edir, həm fiziki, həm də psixi sağlamlığı qoruyur.

    #Bunu bilirsinizmi? #Yuxu problemləri #Yuxunun psixologiyaya təsiri #yuxusuzluq problemi #Gündəlik həyat keyfiyyəti #İnsomniya diaqnozu meyarları #Marmara Universiteti araşdırmaları #Gündüz yuxusunun müddəti #Xroniki stress və yuxu #Yataq otağı qaydaları #Kofein qəbulunun təsirləri #Mavi işıq təhlükəsi #Marmara Universiteti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    19 İyul 2026 20:00

    Bitkilərin cinsiyyəti varmı?

    19 İyul 2026 12:35

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    19 İyul 2026 10:31

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    19 İyul 2026 07:00

    Xarici görünüşümüz həyatımıza necə təsir edir?

    13 İyul 2026 08:01

    İslam memarlığı Avropa sənətini necə formalaşdırdı?

    12 İyul 2026 22:00

    Musiqi dinləmək zehni inkşaf etdirir

    28 İyun 2026 23:00

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    21 İyun 2026 17:00

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    21 İyun 2026 13:00

    Tarixi dəyişən 10 qadın alim: Elmin zirvəsindəki qəhrəmanlar

    24 May 2026 03:00

    Pişiklərin gözünə baxmaq doğrudanmı təhlükəlidir?

    17 May 2026 03:00

    Özünüzü yoxlayın, bu əlamətlər sizdə varsa,Siz gizli ...

    6 May 2026 03:00
    XƏBƏR LENTİ

    Özgür Özel yeni partiya yaradacağını açıqladı

    Məhəmməd Salah “Beşiktaş”a keçəcəkmi?

    Türkiyədə idman materiallarının satın alınması üzrə yeni tender elan edilib

    Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb

    Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilir

    Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

    Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin geniş tərkibdə görüşü olub

    Azərbaycan və Almaniya arasında birgə bəyannamə imzalanacaq

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.