#Alzheimer

Neurology dərgisində dərc olunan yeni araşdırmaya görə, üç aydan çox müddətdə hər həftə ən azı üç dəfə yuxuya getməkdə çətinlik çəkən şəxslərdə demensiya və ya yüngül idrak pozğunluqlarının inkişaf riski normal yuxu rejiminə malik insanlara nisbətən 40 faiz daha yüksəkdir.

Yeni aparılan araşdırma, Aralıq dənizi tipli pəhrizin demans (ağıl zəifləməsi) riskini azaltdığını və yaddaş zəifləməsini ləngitdiyini ortaya qoyub. Tədqiqat xüsusilə genetik risk daşıyan şəxslərdə bu təsirin daha güclü ola biləcəyini göstərir.

Tədqiqatçılar litiumun orqanizmdə təbii olaraq çox az miqdarda olduğunu və C vitamini və ya dəmir kimi hüceyrə funksiyalarında mühüm rol oynadığını sübut ediblər. Normal siçanların pəhrizindən litium çıxarıldıqda onların beyinlərində Alzheimerə bənzər iltihab, neyron zədələnməsi və yaddaş itkisi müşahidə olunub. Genetik olaraq Alzheimerə meylli siçanlarda isə bu proses daha da sürətlənib.