Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Uşaqların çəkisində ananın genetik təsiri daha güclüdür

    10 Avqust 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Uşaqların çəkisində ananın genetik təsiri daha güclüdür
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, Azervoice , Nərmin Ağayeva

    Yeni araşdırmaya görə, uşaqların bədən çəkisinə ananın genetik təsiri ataya nisbətən daha güclüdür.

    Azervoice xəbər verir ki, PLOS Genetics jurnalında dərc olunan tədqiqata əsasən, uşaqlar DNT-lərinin yarısını hər iki valideyndən miras alsalar da, ananın genetikası bədən kütləsi indeksinə (BKİ) daha əhatəli təsir göstərir.

    London Universitet Kollecinin tədqiqatçısı Liam Wright bildirib ki, bu təsir birbaşa ötürülən genlərlə yanaşı, hamiləlik dövründəki şərait və valideynlik vərdişləri kimi dolayı faktorlarla da əlaqəlidir.

    Araşdırmada 2600-dən çox britaniyalı ailənin 17 ilə qədər izlənilməsi nəticəsində məlum olub ki, həm ana, həm də atanın BKİ uşağın çəkisinə təsir edir. Lakin ataların təsiri əsasən birbaşa genetik ötürmələrlə məhdudlaşır, anaların təsiri isə həm genetik, həm də ətraf mühit amilləri ilə genişlənir.

    Qeyd edək ki, alimlər bu nəticələrin anaları günahlandırmaq məqsədi daşımadığını, əksinə, hamiləlik dövründə sağlam çəkiyə dəstək tədbirlərinin piylənmənin nəsillərarası ötürülməsini azalda biləcəyini vurğulayıblar.

    #sağlamlıq #düzgün qidalanma #Bunu bilirsinizmi? #genetika #Genetik faktorlar #Sağlamlıq riskləri #DNT testi #genetik irsiyyət #genetik tədqiqatlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    19 İyul 2026 20:00

    Bitkilərin cinsiyyəti varmı?

    19 İyul 2026 12:35

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    19 İyul 2026 10:31

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    19 İyul 2026 07:00

    Xarici görünüşümüz həyatımıza necə təsir edir?

    13 İyul 2026 08:01

    İslam memarlığı Avropa sənətini necə formalaşdırdı?

    12 İyul 2026 22:00

    Musiqi dinləmək zehni inkşaf etdirir

    28 İyun 2026 23:00

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    21 İyun 2026 17:00

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    21 İyun 2026 13:00

    Müasir dövrün gizli epidemiyası: Yuxusuzluğun səbəbləri və həlli yolları

    14 İyun 2026 21:00

    Tarixi dəyişən 10 qadın alim: Elmin zirvəsindəki qəhrəmanlar

    24 May 2026 03:00

    Sağlam pəhriz, yoxsa vitamin həbləri? Ömrü 10 il uzatmağın elmi yolu

    21 May 2026 12:04
    XƏBƏR LENTİ

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.