Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Qəzzada humanitar yardımın paylanması qeyri-adekvatdır - Almaniya

    21 İyul 2025 12:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada humanitar yardımın paylanması qeyri-adekvatdır - Almaniya
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Almaniya hökuməti Qəzzada humanitar yardımın paylanma mexanizmini qeyri-adekvat hesab edir.

    AzerVoice xəbər verir ki, Almaniya hökuməti ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Fondunun (GHF) yardım bölgüsünü və fəaliyyət üsullarını tənqid edib.

    Yaşıllar Partiyasının məsələ ilə bağlı verdiyi parlament sualına cavabda rəsmi Berlin GHF-nin yeni paylama mexanizminin mülki əhaliyə kifayət qədər çatmadığını və humanitar prinsiplərə uyğun gəlmədiyini vurğulayıb.

    Alman hökumətinin cavabında Qəzza zolağındakı humanitar vəziyyət “dözülməz” kimi qiymətləndirilib. Bildirilib ki, əhalinin iztirabları yüngülləşdirilməli və vəziyyət beynəlxalq humanitar hüquq və prinsiplər çərçivəsində yaxşılaşdırılmalıdır.

    Hökumət, həmçinin yardım almağa çalışan insanların həyatını itirməsinə diqqət çəkərək, bu hadisələrin hərtərəfli və şəffaf şəkildə araşdırılmasını tələb edib. İsrailin beynəlxalq humanitar hüquqa riayət etməli və Qəzzada mülki əhalini mümkün qədər qorumağa borclu olduğu bir daha xatırladılıb.

    Almaniya hökuməti həmçinin BMT və digər humanitar təşkilatların bölgədəki fəaliyyətlərini müstəqil və qərəzsiz şəkildə davam etdirə bilmələri üçün şərait yaradılmasına çağırıb.

    Qeyd edək ki, mayın 27-dən bəri İsrailin rəhbərlik etdiyi GHF-nin yardım bölgüsündə baş verən hücumlar nəticəsində 922 fələstinli həlak olub, 5861 nəfər yaralanıb.

    #Almaniya #Qəzza zolağı #humanitar yardım #Qəzza hücumu #Beynəlxalq humanitar yardım #Humanitar yardım təşəbbüsləri #Qəzza zolağına qanunsuz giriş cəhdi #Qəzza zolağı əməliyyatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    18 İyul 2026 11:50

    İsrail pilotsuz uçuş aparatı Qəzzada polis məntəqəsini vurub, yeddi nəfər ölüb

    14 İyul 2026 18:50

    Qəzzada atəşkəsdən sonra İsrail hücumlarında ölənlərin sayı 1122 nəfərə çatıb

    14 İyul 2026 18:47

    Almaniya, Fransa və Böyük Britaniya İranın Körfəz hücumlarını pisləyib

    13 İyul 2026 19:33

    Avropa İttifaqı Qəzza üçün 1 milyard dollarlıq yardım təşəbbüsü başladıb

    13 İyul 2026 18:40

    Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

    11 İyul 2026 22:35

    Rusiya BMT-də Britaniya, Fransa və Almaniyanı İran məsələsinə görə tənqid edib

    10 İyul 2026 20:04

    Livanın cənubunda zorakılıq azalıb, lakin vəziyyət hələ də kövrəkdir - BMT sülhməramlıları

    9 İyul 2026 22:03

    Qəzza zolağında İsrail hücumları nəticəsində 8 fələstinlinin öldüyü bildirilir

    9 İyul 2026 18:29

    Almaniya ABŞ-dən "Tomahawk" raketləri alacaq

    9 İyul 2026 12:56

    Neft bahalaşdı, dünya birjalarında eniş başladı

    8 İyul 2026 22:44

    İranla əldə olunacaq razılaşma uzunmüddətli olmalıdır - Fridrix Mers

    8 İyul 2026 21:20
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    Bir gəmi hərəkətsiz vəziyyətə salınıb, yeddi gəmi yönləndirilib - CENTCOM

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    ABŞ Şiraza hava zərbəsi endirib - İran

    İslamabad anlaşmasından sonra nə dəyişdi? ABŞ, İran və Körfəz ölkələri yeni mərhələdə

    SEPAH ABŞ obyektlərinə “ağır zərbələr” endirdiyini bildirib

    Küveyt İranın yeni raket və dron hücumlarını açıqlayıb

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.