Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    "SpaceX"-in "Dragon" kosmik gəmisi Yerə qayıdır

    23 May 2025 22:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "SpaceX"-in "Dragon" kosmik gəmisi Yerə qayıdır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    "SpaceX" şirkətinə məxsus "Dragon" adlı pilotsuz yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) uğurla ayrılıb və Yerə doğru hərəkətə başlayıb. Gəmi elmi tədqiqat materialları və avadanlıqla doludur.

    AzerVoice xəbər verir ki, bu barədə NASA məlumat verib.

    "ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 12:05-də (Bakı vaxtı ilə 20:05) "Dragon" kosmik gəmisi BKS-in "Harmony" modulunun zenit portundan "SpaceX" idarəetmə mərkəzinin komandası ilə ayrılıb" – deyə məlumatda qeyd olunub.

    Gəminin Yer atmosferinə daxil olduqdan sonra, mayın 25-də bazar günü Bakı vaxtı ilə saat 09:45-də Kaliforniya sahilləri yaxınlığında okeana enməsi planlaşdırılır.

    Qeyd edək ki, "Dragon" kosmik gəmisi aprelin 22-də təxminən 3 ton yük – ekipaj üçün ərzaq, elmi araşdırma materialları və avadanlıqla birlikdə BKS-ə çatdırılmışdı. Gəmi, aprelin 21-də NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzinin 39A buraxılış meydançasından "Falcon 9" raketi ilə buraxılmış və bu, "SpaceX"-in BKS-ə yük daşınması üzrə 32-ci kommersiya missiyası olub.

    #NASA #SpaceX #kosmos
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    17 İyul 2026 03:13

    NASA-dan yeni strateji addım - "DAPHNE" missiyası rəsmən təsdiqləndi

    28 İyun 2026 08:00

    ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin

    16 İyun 2026 09:00

    İşığın əsir düşdüyü məkan-Qara dəliklər haqqında heyrətamiz faktlar:

    10 May 2026 17:38

    Tarixdə bu gün – 10 May

    10 May 2026 00:01

    Tarixdə bu gün – 26 Aprel

    26 Aprel 2026 00:03

    Tarixdə bu gün – 14 Aprel

    14 Aprel 2026 00:03

    Bu gün bəşəriyyətin kosmosa ilk addımını atdığı gündür

    12 Aprel 2026 08:00

    Hyuston problemimiz var cümləsi ilə tarixə düşən Apollon 13 missiyası

    11 Aprel 2026 08:00

    Artemis II missiyasında kritik 40 dəqiqə başlayır

    6 Aprel 2026 10:03

    Fergani-nin 5-ci peyki kosmosa buraxıldı

    31 Mart 2026 11:30

    NASA-nın qara keçmişi: "Challenger" və "Columbia" fəlakətlərindən alınan acı dərslər

    28 Yanvar 2026 01:00
    XƏBƏR LENTİ

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    İordaniya dörd İran dronunu vurdu

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.