#Peru

ABŞ administrasiyası Latın Amerikası ölkələrini yenilənmiş Monro Doktrinasını dəstəkləməyə çağırıb. Bu barədə ABŞ Müdafiə Nazirliyinin siyasət məsələləri üzrə rəhbəri Elbric Kolbi Perunun Kusko şəhərində keçirilən konfransda danışıb. Onun sözlərinə görə, Vaşinqtonun yeni müdafiə siyasəti narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya ilə mübarizəyə daha çox diqqət ayırır. ABŞ-nin tərəfdaş ölkələrlə birgə narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar keçirməyi planlaşdırdığı bildirilib. Kolbi Monro Doktrinasının məqsədinin Latın Amerikası ölkələrinin təhlükəsizliyini gücləndirmək olduğunu vurğulayıb. O, bu siyasət barədə səslənən tənqidlərin reallığı tam əks etdirmədiyini bildirib. Yeni yanaşmanın bölgədə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsi nəzərdə tutulur.

Peruda prezident seçkilərinin qalibi Keyko Fuximori elan edilib. O, səslərin 50,135 faizini toplayaraq Roberto Sançesi cüzi fərqlə üstələyib. Namizədlər arasında fərq təxminən 50 min səs olub. Seçkilərdən sonra etiraz aksiyaları və saxtakarlıq iddiaları səsləndirilib. Roberto Sançes nəticələri tanımadığını açıqlayıb. Keyko Fuximori isə dördüncü cəhdində prezident seçkilərində qalib gəlib. Peru Mərkəzi Seçki Qurumu yekun nəticələri rəsmən təsdiqləyib.

2000-ci ildə İsveçrə fondu tərəfindən başladılan qlobal kampaniya nəticəsində Dünyanın Yeddi Möcüzəsi siyahısı yenilənmişdir. Antik dövrün siyahısından yalnız Qiza Piramidalarının günümüzə çatdığını nəzərə alaraq, milyonlarla insanın internet və mesaj yolu ilə səsverməsi nəticəsində 2007-ci ildə "Yeni Yeddi Möcüzə" elan edildi.

Perunun keçmiş dövlət başçısı Martin Viskarra rüşvət alma ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 9 il ərzində dövlət qulluğunda çalışmaqdan məhrum olunub. Paytaxt Lima şəhərində keçirilən məhkəmə prosesində Viskarranın 2011–2014-cü illərdə Moqueqa bölgəsinin rəhbəri olduğu dövrdə bəzi iş adamlarından onları dövlət tenderlərində üstün tutmaq üçün pul aldığı iddia olunub.