BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də iştirak ediblər.
VOA xəbər verir ki, Netanyahunun ofisinin sosial şəbəkələrdə paylaşdığı fotolara əsasən, qapalı keçirilən görüşdə ABŞ administrasiyasının digər yüksək vəzifəli rəsmiləri də yer alıblar.
Görüşün rəsmi gündəliyi və müzakirələrin detalları açıqlanmasa da, əsas mövzular sırasında ABŞ və İsrailin İranla bağlı siyasəti, eləcə də İsrailin Livan və Qəzza zolağında davam edən hərbi əməliyyatlarının olduğu ehtimal edilir.
Ağ Ev və ya İsrail hökuməti görüş zamanı hər hansı konkret qərarın qəbul edilib-edilmədiyi barədə hələlik əlavə məlumat yayımlamayıb.